İdman
AFFA-dan futbolçular arasındakı davaya cavab
"Oyunçular arasında emosional vəziyyət olur və bu çox təbiidir".
Bunu Publika.az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla, AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Uels, Trnavada isə Slovakiya yığması ilə oyunda Azərbaycan millisinin futbolçuları arasında dava olması ilə bağlı iddialara cavab verərkən deyib:
"Məsələ ilə bağlı baş məşqçinin açıqlaması var və bildirilir ki, bu epizodda şişirdiləsi nəsə yoxdur. Yəni qorxulu heç nə baş verməyib. Haqqında danışılan söz-söhbət birinci hissədən sonra fasilədə baş verib. Paltardəyişmə otağında həmişə emosiyalar yüksək olur. Oyundan sonra da baş məşqçi mətbuat konfransında bildirdi ki, Eddi İsrafilov fasilədə emosional olduğuna görə onu ikinci hissədə meydana buraxmamaq qərarına gəldim və əvəzlədim. Yəni söhbət hansısa davadan getmir. Futbol emosiyaların oyunudur, həyəcanlı oyundur və burada futbolçular bir-birinə irad bildirəndə təbii ki, emosional şəkildə bildirir. Digər tərəflərə gəldikdə guya onlar dalaşıblar, digər futbolçular müdaxilə edib, kimsə kiminsə tərəfini tutub filan, bunların əsası yoxdur. Ramil Şeydayevin özü də bildirib ki, mən bu barədə danışmaq istəmirəm. Yəni burada şişirdiləsi nəsə yoxdur. Baş məşqçi Yurçeviç məsələyə bu baxımdan müdaxilə edərək futbolçunu əvəzləyib".
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

































.jpg)

.jpg)