İdman
Emil Balayev "Tobol"dan ayrılma səbəbini AÇIQLADI
Azərbaycan milli komandasının qapıçısı Emil Balayev Qazaxıstan "Tobol"unu tərk etməsi barədə danışıb.
Publika.az xəbər verir ki, 26 yaşlı qolkiper şəxsi "İnstagram" səhifəsində Kostanay təmsilçisini bir neçə gün öncə rəsmən tərk etdiyini xatırladıb. O, ötən il ərzində bu klub və şəhərə çox alışdığını vurğulayıb:
"Bu klubda daha da inkişaf edib, Qazaxıstan Premyer Liqasının ən yaxşı qapıçıları siyahısına düşdüm. Milli komandamızda da debütüm məhz bu klubun şərəfini qoruduğum vaxt baş tutdu".
Balayevin sözlərinə görə, ötən mövsümün sonunda bir daha "Tobol"da oynamayacağını ağlına belə gətirməyib. Qapıçı bu il "sarı-yaşıllar"ı tərk etməsini komandaya erməni əsilli Qriqori Babayanın baş məşqçi təyin edilməsi ilə əlaqələndirib: "Yeni baş məşqçinin təyinatı sonrası, təbii ki, futbolçu kimi gələcəyim bir çoxlarını maraqlandırırdı. Mən isə məlum səbəblərlə əlaqədar komandanı tərk etməyə qərar verdim və bu qərardan zərrə qədər də peşman deyiləm".
Azərbaycanlı qolkiper sonda ona dəstək olan hər kəsin ünvanına xoş sözlərini çatdırıb: "Klubun rəhbərliyinə minnətdarlığımı bildirmək istərdim. Çünki onlar məni başa düşüb, problemsiz müqaviləyə xitam verməyə razı oldular. "Tobol"un bütün azarkeşlərinə "sağ olun" deyirəm. Kluba gəldiyim ilk gündən mənə dəstək oldular. Hətta indi belə, yazıb, sevgilərini hiss etdirirlər. Bütün kollektivimizə, komanda yoldaşlarıma, personala təşəkkürümü bildirirəm, sizin hər birinizlə işləmək xoş idi. Kostanay və kostanaylılar barədə məndə yalnız gözəl xatirələr qalacaq. Hər şeyə görə çox sağ olun!"
Qeyd edək ki, Emil Balayevin "Tobol"la daha bir il qüvvədə olan müqaviləsinə yanvarın 31-də xitam verilib.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu




























.jpg)







.jpg)


