İdman
Ramil Şeydayev bu klubumuzla MÜQAVİLƏ İMZALADI
“Sabah” Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə müqavilə bağlayıb.
Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqaviləyə əsasən, 23 yaşlı hücumçu mövsümün sonuna kimi sözügedən komandanın uğurları üçün çalışacaq. Şeydayev “Sabah”da 99 nömrəli formada çıxış edəcək.
Ramil futbolçu karyerasına Rusiyanın “Zenit” klubunda başlayıb. O daha sonra Sankt-Peterburq təmsilçisinin əsas komandasının, Rusiyanın “Rubin”, “Krılya Sovetov”, “Dinamo” (Moskva), Türkiyənin “Trabzonspor”, Slovakiyanın “Jilina” klublarının və ölkəmizdə “Qarabağ”ın uğurları üçün çalışıb.
Şeydayev Rusiya millisinin aşağı yaş qruplarının, həmçinin bu ölkənin 21 yaşadək futbolçulardan ibarət komandasının üzvü olub. 2016-cı ildən Azərbaycan yığmasının şərəfini qoruyan Ramil əsas millimizdə keçirdiyi 26 oyunda 4 qola imza atıb.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

































.jpg)

.jpg)