İdman
"Beşiktaş" səfərdə "Qaziantep"ə məğlub olub
Futbol üzrə Türkiyə çempionatının VIII turunun birinci gün qarşılaşmasında "Beşiktaş" səfərdə "Qaziantep"in qonağı olub.
Publika.az xəbər verir ki, gərgin keçən görüşdə hesabı meydan sahiblərinin yarımmüdafiəçisi Kevin Mirallas açıb. Matçın 55-ci dəqiqəsində istanbulluların futbolçusu Ersin Destanoğlu qımızı vərəqə alaraq komandasını azlıqda qoyub. Cəmi 6 dəqiqə sonra İstanbul klubu hesaba tarazlıq gətirib. Kail Larin komandasının bərabərlik qoluna imza atıb. Lakin "Qaziantep" 63-cü dəqiqədə Muhammed Dəmirin vurduğu qol sayəsində hesabda yenidən irəli keçib. Görüşün son dəqiqələrində isə Kənan Özər meydan sahiblərinin üçüncü qolunun müəllifi olub.
Beləliklə, "Beşiktaş" səfərdə "Qaziantep"ə 3:1 hesabı ilə məğlub olub.
Turun digər oyunları aşağıdakılardır:
"Kasımpaşa" – "Antalyaspor";
"Alanyaspor" – "Trabzonspor";
"Ərzurumspor" – "Göztəpə";
"Fənərbağça" – "Konyaspor";
"Ankaragücü" – "Fatih Karagümrük";
"Yeni Malatyaspor" – "Dənizlispor";
"Başakşəhər" - "Gənclərbirliyi";
"Kayserispor" - "Hatayspor";
"Qalatasaray" – "Sivasspor".
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Beşinci turda "Rizəspor" istirahət edib. Hazırda çempionatın turnir cədvəlinə oyun fərqi ilə 17 xalla "Fənərbağça" başçılıq edir. Ondan bir xal geri qalan "Alanyaspor" ikinci, 13 xala malik "Qalatasaray" isə üçüncü pillədə qərarlaşıb.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi

































.jpg)

.jpg)