İdman
Pele ilə bağlı ÜZÜCÜ XƏBƏR: bu orqanından şiş götürüldü
Üçqat dünya çempionu Pelenin bağırsağından əməliyyat edilərək şiş çıxarılıb.
Publika.az TASS-a istinadla xəbər verir ki, o, bu barədə "Facebook "səhifəsində yazıb .
"Şənbə günü şübhəli bağırsaq kütləsini çıxarmaq üçün əməliyyat keçirdim. Şiş keçən həftə müayinə zamanı aşkar edildi. Gələcəyə nikbin baxıram, ailəm və dostlarımın əhatəsində olmaqdan məmnunam", - futbol ulduzu bildirib.
Qeyd edək ki, Pele keçən həftə Sao Paulodakı xüsusi klinikaya müntəzəm müayinə üçün müraciət edib.
Nümayəndələrinin dediyinə görə, 80 yaşlı "futbol kralı" na sağlamlıq problemi diaqnozu qoyulub. Onlar konkret olaraq hansı problemdən bəhs etdiklərini açıqlamayıblar.
Bildirək ki, Pele, futbolda yeganə üç qat dünya çempionudur (1958, 1962, 1970). Braziliya millisi ilə 92 oyun keçirib və 77 qol vurub. Beynəlxalq Futbol Federasiyası tərəfindən 20-ci əsrin ən yaxşı futbolçusu kimi tanınıb.
Forvard Braziliyalı "Santos" (1956-1974) və Amerikalı "New York Cosmos"da (1975-1977) oynayıb.
O, karyerasında 1279 qolun müəllifi olaraq Ginnesin Rekordlar Kitabına düşüb.
Hüseyn
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi

































