İdman
Fərid Mansurov narazı həndbolçularla görüşdü
Gənclər və İdman Nazirliyinin (AGİN) İdman şöbəsinin müdiri Fərid Mansurov Azərbaycan Həndbol Federasiyasından şikayətçi olan milli komandanın üzvləri ilə görüşüb və problemlərini dinləyib.
Bu barədə Publika.az-a AGİN-in Mətbuat katibi Qabil Mehdiyev məlumat verib. Onun sözlərinə görə, həndbolçuların qaldırdıqları məsələlər nazirliyin səlahiyyətinə aid olmadığı üçün həmin idmançılara federasiya rəhbərliyinə müraciət etmək məsləhət görülüb:
"Gənclər və İdman Nazirliyi heç bir ictimai birliyin, o cümlədən də həndbol federasiyasınn daxili məsələlərinə müdaxilə etmir. Bir qrup həndbolçunun nazirliyə müraciətinə cavab olaraq, onlara federasiya rəhbərliyi ilə görüşmək və problemləri qarşılıqlı şəkildə müzakirə etmək tövsiyə edilsə də, onlar bu görüşdən imtina ediblər".
Qeyd edək ki, narazı həndbolçular milli komandadan qovulublar.
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat














.jpg)























