İdman
Məmmədyarov Laqravla qarşılaşacaq
Bu gün Belqradda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirak etdiyi FIDE Qran-Pri seriyasının ikinci mərhələsinin 6-cı turunun oyunları keçiriləcək.
Publika.az xəbər verir ki, təmsilçimiz D qrupunda sonuncu görüşündə fransalı Maksim Vaşye-Laqravla qarşılaşacaq.
Qeyd edək ki, Ş.Məmmədyarovun bundan əvvəlki bütün turlarda görüşlərində heç-heçə qeydə alınıb. Hazırda M.Vaşye-Laqrav 2,5 xalla qrupda liderdir. Hərəyə 2 xalı olan Ş.Məmmədyarov və Y.Yangyu (Çin) 2-3-cü yerləri bölüşdürürlər, rusiyalı Aleksandr Predke isə 1,5 xalla sonuncu pillədə qərarlaşıb.
Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizənin nəticəsinə görə, qrup qalibləri yarımfinala vəsiqə qazanacaqlar.
Xatırladaq ki, seriyada ümumilikdə 24 şahmatçı iştirak edir. Hər turnirdə isə 16 oyunçu mübarizə aparır. Şahmatçıların hər biri seriyanın maksimum iki turnirində oynaya bilər. Şəhriyar Məmmədyarov, həmçinin seriyanın üçüncü mərhələsində də iştirak edəcək. Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Ümumi hesabda ən çox xal toplayacaq iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə əldə edəcək.
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat














.jpg)























