İdman
Bu icma "Formula-1"ə ev sahibliyi etmək istəyir
Madrid icmasının hakimiyyət orqanları "Formula-1" yarışlarının prezidenti və baş icraçı direktoru Stefano Domenikaliyə yaxın illərdə bölgədə Qran priyə ev sahibliyi etməklə bağlı müraciət ünvanlayıb.
Publika.az">Publika.az xəbər verir ki, bununla bağlı məktubu Madrid icmasının ədliyyə, daxili işlər və zərərçəkmişlər naziri Enrike Lopez imzalayıb. Məktubda bildirilir ki, Madrid yaxın illərdə dünya trassının bir hissəsi olmağa və "Formula-1" Qran prisinin dayanacaqlarından birinə ev sahibliyi etməyə hazırdır.
Madrid icması hökumətinin sədri İzabel Diaz Ayusonun sözlərinə görə, bölgənin səmərəli nəqliyyat sistemi, əlverişli hava şəraiti, mədəni və qastronomik zənginliyi və yaxşı mehmanxana infrastrukturu var.
Madrid bölgəsində sonuncu Formula-1 yarışı 1981-ci il iyunun 21-də Madrid şəhərindən 30 kilometr şimalda yerləşən Xarama trassında keçirilib.
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı







.webp)









.jpg)

















