İdman
Biletləri "Qara bazar"a çıxaranlara RƏSMİ XƏBƏRDARLIQ
“Qarabağ” sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Viktoriya” (Çexiya, Plzen) klubunu qəbul edəcək.
Publika.az xəbər verir ki, fəqət oyun üçün nəzərdə tutulan biletlərin satışıyla bağlı ciddi problem yaranıb.
İki gündür ki, azarkeşlər istər sosial şəbəkələrdə, istərsə də kassaların qarşısında bununla bağlı narazılıqlarını dilə gətirirlər. Məlum olduğu kimi, Ağdam təmsilçisinin ÇL matçlarına biletlər artıq “iticket.az” saytı vasitəsilə də satılır. Lakin biletlər satışa çıxdığı vaxtdan qısa müddət sonra adıçəkilən portala girişdə problem əmələ gəlib. Belə ki, əksər vətəndaşların hesabından müəyyən vəsait silinsə də, onlara biletin alınmasıyla bağlı təsdiq mesajı gəlməyib.
Digər aktual problemlərdən biri isə “qara bazar”dır. Bəzi şəxslərin, belə demək mümkünsə, işbazların əlində cəmlənən biletlər insanlara dəyərindən qat-qat baha qiymətə satılır. Bu hallarda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 443-cü maddəsinə əsasən, həmin şəxslər məsuliyyət daşıyırlar. Bu işbazları müvafiq qaydada 700 manatdan 6,000 manatadək cərimə gözləyir.
Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxladıq. Qurum rəsmisi Offsideplus.az-ın sorğusuna cavab olaraq bu məsələnin hüquq mühafizə orqanlarının ciddi nəzarətində olduğunu və həmin şəxslərə qarşı ciddi tədbirlərin görüləcəyini bildirdi: “Bu məsələ diqqət mərkəzimizdədir. Daxil olan məlumatlara çevik reaksiya verilir və həmin şəxslər müəyyən olunaraq barələrində qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbir görülür. Tədbirlər oyun günü də davam etdiriləcək. Bununla bağlı ərazi polis orqanlarına müvafiq göstərişlər verilib”.
Xatırladaq ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş 20:45-də başlayacaq.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO



























.jpg)






.jpg)


