İdman
Braziliya xalqı Pele ilə vidalaşır - FOTO
Xəbər verdiyimiz kimi, braziliyalı futbolçu Pelenin cənazəsi Vila Belmiro stadionuna aparılıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, dünya futbol tarixinin ən böyük ulduzlarından olan əfsanəvi futbolçu ilə vida mərasimi başlayıb. Minlərlə insanın iştirak etdiyi vida mərasimindən görüntüləri sosial mediada yayılıb. Stadionda Pele üçün hazırlanmış xüsusi muzey isə ziyarətçilərin marağına səbəb olub.
Qeyd edək ki, mərasim bir gün davam edəcək, bundan sonra Pelenin cəsədi olan tabut şəhərin küçələri ilə, o cümlədən, yüz yaşlı anasının hələ də yaşadığı evin yanından aparılacaq.
Məlumat üçün bildirək ki, FİFA prezidenti Canni İnfantinonun sözlərinə görə, stadionlara Pelenin adının verilməsi üçün bir çox ölkəyə müraciət göndəriləcək.
“Mən onun xatirəsini ehtiramla yad etmək üçün buradayam. Biz əvvəllər beynəlxalq federasiyalarla yerli futbol çempionatlarının hər oyunundan əvvəl onun şərəfinə bir dəqiqəlik sükutla yad edilməsi barədə danışmışıq. Amma biz həm də istəyirik ki, hər bir ölkədə Pelenin adını daşıyan heç olmasa bir stadion olsun. 50, 100 il keçəcək, uşaqlarımız bizdən onun haqqında soruşacaq, bütün bunlar Pelenin xatirəsini uzadar. Bunun olacağına əmin olmalıyıq”, - İnfantino bildirib.

Aytən Məftun
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi

































