"Napoli" onu görün hansı kluba satır
Bizi izləyin

İdman

"Napoli" onu görün hansı kluba satır

"Napoli" onu görün hansı kluba satır

"Napoli"nin hücumçusu Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Neapol klubu və "Əl-Əhli" futbolçunun 65 milyon avroya transferi ilə bağlı razılığa gəlməyə yaxındırlar. Qeyd olunur ki, hazırda nigeriyalı futbolçu ilə heç bir razılaşma yoxdur. O, yüksək maaş istəyir. Həm də müqaviləyə kompensasiya bəndinin salınmasını əsas tələb kimi irəli sürür.

Qeyd edək ki, "Çelsi" və PSJ Osimhenə görə "Napoli"yə yüksək məbləğdə təklif göndərsələr də, anlaşa bilməyiblər.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm