İdman
Neymar mətbuat konfransını pozdu: Ona zəng etdi və... - VİDEO
Braziliya B Seriyasının 35-ci turunda "Santos"un baş məşqçisi Fabio Karillenin "Vila Nova" üzərində 3:0 hesablı inamlı qələbədən sonra təşkil edilən mətbuat konfransı zamanı maraqlı məqam yaşanıb.
Publika.az xəbər verir ki, jurnalistlərlə söhbət edən hücumçu Gilyermeyə zəng gəlib. Məlum olub ki, bu, məşhur braziliyalı hücumçu Neymardır. Səudiyyə Ərəbistanında çıxış edən “Əl-Hilal” forvardı komandanı A Seriyasına qayıtmağa daha da yaxınlaşdıran mühüm qələbə münasibətilə təbrik edib.
Telefon danışığı zamanı Gilyerme təsirlənərək Neymarı övladlarına göstərib, daha sonra telefonu məşqçi Karillaya verib. O da öz təşəkkürünü bildirib. Məşqçi, hətta jurnalistlərin Neymar görməsi üçün telefonu kameralara tutub.
Neymarın 2025-ci ilin yayında "Santos"a dönəcəyi ilə bağlı söz-söhbətlər klubun vitse-prezidenti Niko Osvaldonun açıqlamalarından sonra xeyli güclənib. Bu sözlərə baxmayaraq, klub prezidenti Marselo Teyşeyra məlumatı təsdiqləməkdən yayınmağa çalışır: “Neymarın qaytarılması ilə bağlı rəsmi razılaşma yoxdur, bu müzakirə müxtəlif səviyyələrdə aparılır”.
“Santos” 65 xalla B Seriyasının turnir cədvəlinə başçılıq edir. Noyabrın 11-də baş tutacaq növbəti matçda komandanın elitaya qayıtması rəsmi olaraq təsdiqlənə bilər.
Qeyd edək ki, Neymar "Santos"un formasını geyinib. O, klubun yetirməsidir.
Heybət
Diretamente da Arábia Saudita... NEYMAR JR! @neymarjr @NeymarJrSite pic.twitter.com/ddNdRySIiw
— Santos FC (@SantosFC) November 3, 2024
-
Sosial16:27Qar yağacaq – Xəbərdarlıq
-
Magazin216:02Xalq artistinin son durumu: Əsa ilə gəzir - VİDEO
-
Hadisə15:52Laçın-Şuşa yolunda ağır qəzada yaralananların durumu açıqlandı - Yeniləndi/Foto
-
Rəsmi xronika15:03İlham Əliyev açıqladı: Bu yaxınlarda Türkiyədə...
-
Dünya14:40Tramp İrana hücumda dost-düşməni tanıyıb: Fransa əla iş gördü, İngiltərə isə...
-
İdman14:03Ronaldo Səudiyyə Ərəbistanıdan qaçıb? - Təyyarəsi bu ölkəyə enib
-
İdman13:16Qurbanovun müəmmalı seçimi, Dambrauskasın səhvi: Kimin bu yerlərə necə gəldiyi bilinəcək
-
Sosial12:55Sabah yağış yağacaq - PROQNOZ































.jpg)






