İdman
"Qarabağ" "Neftçi"ni üç cavabsız qolla məğlub etdi - YENİLƏNDİ
"Qarabağ" Misli Premyer Liqasında "Neftçi"ni məğlub edib.
Publika.az xəbər verir ki, XV turun sonuncu oyunu "Neftçi Arena"da keçirilib.
Qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində 27, 56-cı dəqiqələrdə Leandro Andrade, 53-cü dəqiqədə Nəriman Axundzadə fərqləniblər.
Turnir cədvəlinin birinci pilləsində qərarlaşan "Qarabağ" xallarının sayını 37-yə çatdırıb. "Ağ-qaralar" 13 xalla 8-ci sıradadır.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Turan Tovuz"u, "Sabah" "Səbail"i, "Kəpəz" "Şamaxı"nı 1:0, "Zirə" isə "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub edib.
xxx
20:24
Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda üçüncü qol vurulub.
Publika.az xəbər verir ki, Ağdam təmsilçisi hesab arasındakı fərqi daha da artırıb - 3:0.
"Köhlən atlar"ın heyətində Leandro Andrade 56-cı özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
xxx
20:18
Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ikinci qol vurulub.
Publika.az xəbər verir ki, Ağdam təmsilçisi hesab arasındakı fərqi artırıb - 2:0.
"Köhlən atlar"ın heyətində 53-cü dəqiqədə Nəriman Axundzadə fərqlənib.
xxx
20:00
Misli Premyer Liqasının XV turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ilk qol vurulub.
Publika.az xəbər verir ki, 27-ci dəqiqədə Ağdam təmsilçisi hesabı açıb.
"Köhlən atlar"ın heyətində Leandro Andrade fərqlənib.
xxx
19:00
Misli Premyer Liqasının XV turundakı "Neftçi" - "Qarabağ" oyunu başlayıb.
Publika.az xəbər verir ki, "Neftçi Arena"dakı qarşılaşma saat 19:00-da start götürüb.
Matçı FIFA referisi Əliyar Ağayev idarə edir.
Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 34 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 13 xalla 7-ci sıradadır.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "Turan Tovuz"u, "Sabah" "Səbail"i, "Kəpəz" "Şamaxı"nı 1:0, "Zirə" isə "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub edib.
-
İKT18:48Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu
-
Avropa17:05Yunanıstanda Türkiyə həyəcanı: Müharibə olsa, Avropa bizi müdafiə edəcəkmi?
-
Rəsmi xronika15:43Prezident "Sabah" futbol klubuna 5 milyon manat ayırdı - SƏRƏNCAM
-
Region13:50Ermənistanda kilsə-hakimiyyət qarşıdurması: Spiker II Qaregini istefaya çağırdı
-
Rəsmi xronika11:26İlham Əliyev Moldova prezidentini təbrik etdi
-
Cənubi Qafqaz09:21Köçəryan həbs edildi
-
Dünya09:00Dəhşətli daşqından sonra 28 ölkənin 466 vətəndaşı itkin düşdü
-
Avto07:55Bəzi özəl parkinqlərdə qiymətlər artdı: belə davam edərsə... - Video



































.jpg)
.jpg)