İdman
Polis vəhşiliyi: Görün futbolçunun başına nə oyun açıblar
28 yaşlı belçikalı yarımmüdafiəçi Stefan Omeonqa Roma-Təl-Əviv reysindən polis tərəfindən zorla təyyarədən endirilib.
Publika.az xəbər verir ki, futbolçu sosial şəbəkədə yazıb.
“Romadan Təl-Əvivə uçarkən, təyyarəyə minib yerimi alan zaman stüard sənədlərimdə ehtimal edilən problemlə bağlı mənə yaxınlaşdı və təyyarəni tərk etməyimi istədi. Sənədlərimin etibarlılığına əmin olaraq, sakitcə ondan problemin nə olduğunu soruşdum.
Polis çağırdılar, əllərimi qandallayıb zorla təyyarədən endirdilər. Təyyarədən kənarda, şahidlərin gözündən uzaqlaşan polislər məni kobud şəkildə yerə yıxdılar, döydülər, onlardan biri dizini başıma sıxdı.
Sonra cinayətkar kimi əllərim qandallanıb, məni polis maşınına mindirib hava limanına apardılar. Təcili yardım gəldi, amma şok vəziyyətində tibb işçilərinin suallarına cavab verə bilmədim. Bundan az sonra polis maşınında radiodan eşitdim: “O, tibbi yardımdan imtina etdi, hər şey qaydasındadır”. Tamamilə yalandır, polisin mənə nə edə biləcəyindən qorxaraq məni təcili yardıma aparmalarını xahiş etdim.
Sonra məni qaranlıq otaqda, yeməksiz, susuz, bir neçə saat tam alçaldılmış vəziyyətdə qoydular. Azadlığa çıxandan sonra bildim ki, əlim qandallı olsa da, polis əməkdaşı məndən şikayət edib. Guya ona zor tətbiq etmişəm. Üstəlik, bu günə kimi həbs olunmağım üçün heç bir əsas almamışam.
Mən bir kişi və ata olaraq heç bir ayrı-seçkiliyə dözə bilmirəm. Bu həbs aysberqin görünən ucudur. Mənə oxşayan bir çox insan iş tapa bilmir, mənzil ala bilmir və ya sadəcə qaradərili olduqları üçün sevdikləri idmanla məşğul ola bilmirlər. Biz birləşməli və səsimizi ucaltmalıyıq ki, ətrafımızdakıları – həmkarlarımızı, qonşularımızı və dostlarımızı cəmiyyətimizi narahat edən, onun tərəqqisinə mane olan bu problemlə bağlı maarifləndirək”, – Omeonqa yazıb.
Omeonqa 2017-2020-ci illərdə A Seriyasında “Cenoa”da oynayıb. O, son iki ili İsraildə “Bnei Sakhnin” komandasında keçirib.
-
MDB21:00Japarov "Qazprom"a sərt xəbərdarlıq etdi
-
Dünya20:36Ayı ana və qızını evlərinin yaxınlığında parçaladı
-
İdman19:00“Qorxu mühiti yaradıb, etiraz edən hər kəs cəzalandırılır” - İnfantinodan gileylənən kimdir?
-
Rəsmi xronika16:02Zəngilan Aqroparkı yaradıldı
-
Magazin115:40Şou-biznesdə subay qalan məşhur xanımlar - KİMLƏRDİR?
-
İqtisadi gündəm14:01Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda TƏTBİQ OLUNUR
-
Nida Xəbər 13:44Türkiyə lideri Bakıya buna görə gəlir
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?





















.jpg)















.jpg)