UEFA "Sabah"ın potensial rəqiblərini azaltdı - 4-ə düşdü - YENİLƏNDİ
Bizi izləyin

İdman

UEFA "Sabah"ın potensial rəqiblərini azaltdı - 4-ə düşdü - YENİLƏNDİ

"Sabah" komandasının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Publika.az xəbər verir ki, paytaxt təmsilçisinin mümkün rəqiblərinin sayı dördə düşüb. Bunlar "Şaxtyor” (Donetsk, Ukrayna), “Şerif” (Moldova), "Sele" (Sloveniya) və "Spartak"dır (Trnava, Slovakiya).

***

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılacaq.

Publika.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan kubokunun qalibi "Sabah"ın da rəqibi bəlli olacaq. Mərasim Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Səpələnməmişlər səbətində yer alan "Sabah" daha yüksək reytinqə malik 8 komandadan birinə rəqib olacaq. Bunlar "Hapoel” (Beer-Şeva, İsrail), "Şaxtyor” (Donetsk, Ukrayna), “Partizan” (Serbiya), “Legiya” (Polşa), ÇFR (Kluj, Rumıniya), "Spartak" (Trnava, Slovakiya), "Selje" (Sloveniya) və “Şerif” (Moldova) klublarıdır.

"Sabah" ilk oyununu iyulun 10-da, cavab görüşünü isə 17-də keçirəcək.

Xatırladaq ki, Azərbaycanın avrokuboklardakı digər təmsilçilərinin - "Qarabağ" "Zirə" və "Araz-Naxçıvan"ın rəqibləri sabah müəyyənləşəcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm