İdman
“Çelsi”nin əfsanəsi vəfat etdi
Tanınmış şotlandiyalı sabiq futbolçu Eddi MakKridi 12 yanvar tarixində 85 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə “Çelsi” klubunun mətbuat xidməti məlumat yayıb.
MakKridinin futbolçu karyerası 1959–1973-cü illəri əhatə edib. O, daha çox 1962–1973-cü illərdə “Çelsi”nin heyətində çıxışı ilə tanınıb. London klubunda sol cinah müdafiəçisi mövqeyində 385 oyun keçirən MakKridi 5 qol vurub. O, “Çelsi” ilə birlikdə 1970-ci ildə İngiltərə Kubokunu qazanıb.
Şotlandiyalı futbolçu peşəkar karyerasına “İst Stirlinqşir” klubunda başlayıb. 1965–1969-cu illər aralığında Şotlandiya millisinin heyətində 23 matça çıxıb.
Oyunçu karyerasını başa vurduqdan sonra MakKridi məşqçilik fəaliyyətinə başlayıb. O, “Çelsi”, “Memfis Roqz” və “Klivlend Fors” klublarında baş məşqçi kimi çalışıb. 1979-cu ildə “Memfis Rogz”da işlədiyi dövrdə qısa müddətlik futbolçu karyerasını bərpa edib və bir oyunda meydana çıxıb.
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu











.jpg)
























