DÇ-2026-ya vəsiqə qazanan yığmaların sayı 20-yə çatdı
Bizi izləyin

İdman

DÇ-2026-ya vəsiqə qazanan yığmaların sayı 20-yə çatdı

2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanan komandaların sayı 20-yə çatıb.

Publika.az xəbər verir ki, Əlcəzair millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Somaliyə 3:0 hesabı ilə qalib gələrək G qrupunda birinci yeri təmin edib. Bununla Dünya Kubokunda iştirak edən 48 komandadan 20-si müəyyənləşib.

Turnirin final mərhələsində təşkilatçı yığamalar arasında ABŞ, Meksika və Kanada ilə yanaşı, Avstraliya, İran, Yaponiya, İordaniya, Cənubi Koreya, Özbəkistan, Argentina, Braziliya, Ekvador, Yeni Zelandiya, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir və Əlcəzair var.

Dünya Kuboku 2026-cı ildə Kanada, ABŞ və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edəcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm