İdman
Azərbaycan millisi Fransa səfərində
Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti matçına çıxacaq.
Publika.az xəbər verir ki, yığmamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Fransa ilə üz-üzə gələcək. “Park de Prens” stadionunda keçiriləcək oyunu Norveçdən olan hakimlər briqadası idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Xatırladaq ki, millimiz bu seçmə mərhələnin ilk turunda İslandiyaya səfərdə 0:5 hesabıyla uduzub. Ukrayna yığması ilə ev oyununda isə 1:1 hesablı heç-heçə qeydə alınıb.
Fransa yığması isə seçmə mərhələyə uğurlu başlayıb. Didye Deşamın rəhbərlik etdiyi kollektiv Ukrayna (2:0) və İslandiya (2:1) ilə oyunlardan qalib ayrılıb və hazırda 6 xalla vahid liderdir. Millimiz isə 1 xalla qrup sonuncusudur.
DÇ-2026-nın seçmə mərhələsi, D qrupu
10 oktyabr
22:45 Fransa – Azərbaycan
Baş hakim: Rohit Saqqi (Norveç).
Paris. “Park de Prens” stadionu..
Heybət
-
Nida Xəbər 10:20Ziya Məmmədovun kadrına yüksək vəzifə verildi - FOTO
-
MDB09:18Bu türk dövlətindən acı xəbər gəldi: 9-u uşaq olmaqla 12 nəfər həlak olub
-
MDB09:12Rusiyada qaz kəmərində güclü partlayış: Təfərrüat açıqlandı
-
Magazin108:10Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
-
Sosial07:55Horovlu kəndinə növbəti köç karvanı yola salındı
-
Ekologiya07:15Böyükşor gölü ətrafında havada nə problem var? - Nazirlik vəziyyəti araşdıracaq
-
Qoroskop02:00Günün ulduz falı: Planlarınızı yenidən nəzərdən keçirin!
-
MDB01:40Şoyqunu öldürmək istəyənlər saxlanıldı: Biri qadındır


































