Siçovul DÇ-2026-nın seçmə oyununda aləmi bir-birinə qatdı: Onu alqışlarla yola saldılar - FOTOLAR
Bizi izləyin

İdman

Siçovul DÇ-2026-nın seçmə oyununda aləmi bir-birinə qatdı: Onu alqışlarla yola saldılar - FOTOLAR

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Belçika səfərdə Uels üzərində 4:2 hesablı qələbə qazanıb. Kevin De Bruyne iki penalti zərbəsini dəqiq yerinə yetirib.

Publika.az xəbər verir ki, buna baxmayaraq görüşün əsas qəhrəmanı başqası olub.

İkinci hissədə oyun bir dəqiqəlik dayandırılıb. Buna səbəb meydana siçovulun girməsi olub. O, otun üzərində qaçaraq Tibo Kurtuanın qapısına tərəf yönəlib. Bu, təxminən yarım saatdan sonra onun qapısı qarşısında yaranan ilk “təhlükəli” epizod olub. Kurtua rəqibini tutmağa çalışsa da, bu dəfə refleksləri yetərli olmayıb. Bu “qonaq” çox çevik çıxıb.

Azarkeşlər siçovulu meydandan alqış sədaları altında yola salıblar. Onu “Tottenhem”li Brennan Conson müşayiət edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm