Ronaldo onunla FOTOSUNU PAYLAŞDI - Qalmaqallı müsahibə olacaq?
Bizi izləyin

İdman

Ronaldo onunla FOTOSUNU PAYLAŞDI - Qalmaqallı müsahibə olacaq?

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo “X” sosial media səhifəsində jurnalist Pirs Morqan ilə birgə fotosunu yerləşdirib.

Publika.az xəbər verir ki, Pirs Morqanda özünün “X” səhifəsində Roanldo ilə müsahibənin anonsunu verib:

“Gələn həftə… Kriştiano Ronaldo senzurasız. Həyatının ən şəxsi və səmimi müsahibəsi”.

Üç il əvvəl Ronaldo Morqana verdiyi müsahibədə o zamanlar heyətində olduğu “Mançester Yunayted”i tənqid etmişdi. Konkret olaraq, Ronaldo Erik ten Haqa hörmət etmədiyini bildirmişdi.

O, həmçinin klubun inkişafından məyus olduğunu demişdi. Bu müsahibə Ronaldonun “Mançester Yunayted”lə müqaviləsinin ləğvinə səbəb oldu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm