İdman
Federasiyada korporativ oğurluq: 1,5 milyon hara yoxa çıxıb?
 
                                    
                                    
                                    
                                Dünya Atletika Federasiyası (World Athletics) 1,5 milyon avrodan (1,3 milyon funt sterlinqdən) çox məbləğdə korporativ oğurluq aşkarlandıqdan sonra bir neçə əməkdaşını işdən azad edib
Publika.az xəbər verir ki, qurum məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Bu barədə BBC məlumat yayıb.
Beynəlxalq qurumun açıqlamasına görə, maliyyə fırıldağı bir neçə il ərzində iki əməkdaş və müqavilə əsasında çalışan məsləhətçi tərəfindən həyata keçirilib. Fakt yeni maliyyə rəhbərliyinin apardığı ilk illik audit zamanı üzə çıxıb.
Əməkdaşlardan biri oğurluq aşkarlanmazdan əvvəl işdən ayrılıb, digər əməkdaş və məsləhətçi isə daxili araşdırmadan sonra vəzifəsindən azad edilib.
Dünya Atletika Federasiyasının prezidenti Sebastyan Kou bildirib ki, təşkilat qanunun bütün gücündən istifadə edərək mümkün qədər vəsaitin geri qaytarılmasına çalışacaq:
“Çox sayda təşkilat belə halları gizlədir, işçiləri az məlumatla uzaqlaşdırır və bununla da dələduzların başqa yerlərdə fəaliyyətini davam etdirməsinə şərait yaradır. Biz belə deyilik. Biz düzgün idarəetmə, şəffaflıq və doğru olanı qoruma prinsipləri üzərində güclü reputasiya formalaşdırmışıq, baxmayaraq ki, bu, bəzən bir qədər narahatlıq yarada bilər.”
Qurum həmçinin gələcəkdə oxşar halların qarşısını almaq üçün daxili maliyyə nəzarətini gücləndirən tədbirlər paketi tətbiq edəcəyini açıqlayıb.
Heybət
- 
                     Nida Xəbər 17:45 Nida Xəbər 17:45Zakir Həsənova medal verildi 
- 
                     Sosial17:00 Sosial17:00Noyabrda yağıntıların miqdarı normadan çox olacaq - AYLIQ PROQNOZ 
- 
                    .jpg) Səhiyyə16:28 Səhiyyə16:28Azərbaycanda meyit donorun ürəyi transplantasiya edildi 
- 
                     Maraq dünyası15:56 Maraq dünyası15:56Sevgi qapılarınızı döyür - Noyabrda eşqi tapacaq 4 BÜRC 
- 
                     Sosial14:19 Sosial14:19Saxlanılan icra başçısının köməkçisi danışdı 
- 
                     İdman13:45 İdman13:45Yenə Yamal, yenə qalmaqal: Milandakı oteldə kimin otağında gecələyib? 
- 
                     Nida Xəbər 13:38 Nida Xəbər 13:38Həkəri stansiyası: Zəngəzur dəhlizinə açılan qapı - VİDEO 
- 
                     Nida Xəbər 12:48 Nida Xəbər 12:48Hikmət Hacıyev: Zəngəzur dəhlizinin Ermənistan sərhədinə qədər olan hissəsi... 






 
        
    
























.jpg)




.jpg)
