Magazin1
Mehriban Xanlarova buna görə qızından imtina edib: Özü səbəbini açıqladı
 
                                    
                                    
                                    
                                Əməkdar artist Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızı Ayseldən imtina etməsinin səbəbini açıqlayıb.
Publika.az xəbər verir ki, aktrisa bacısı qızının müğənnilik sevdasına düşdüyünü bildirib. O qeyd edib ki, məhz buna görə ondan üz döndərib:
"Bildiyiniz kimi, 06.12.2024 tarixində milyonların qarşısında 35 il ərzində həm özünə, həm də altı övladına maddi və mənəvi analıq etdiyim bacım qızından imtina etdiyimi və məsuliyyət daşımadığımı ictimaiyyətə bəyan etmişdim. Həmin vaxt qeyd etmişdim ki, bu addımı atmağımın müxtəlif və ciddi səbəbləri var. Bu səbəblərdən biri də ondan ibarətdir ki, altı övlad anası olan həmin şəxs, səsi və istedadı olmadığı halda, müğənnilik adı altında televiziya kanallarına çıxaraq, nüfuzuma xələl gətirmək niyyətindədir.
Müğənnilik etmək ayıb deyil! Ayıb olan odur ki, altı övlad anası evdə uşaqlarını böyüdüb tərbiyə vermək əvəzinə, səsi və istedadı olmamasına baxmayaraq efir gəzərək özünü müğənni kimi təqdim etməyə çalışır. Onun müğənnilik fəaliyyəti üçün nə təhsili, nə səsi, nə də istedadı var. Əgər bu keyfiyyətlərə malik olsaydı, mən onu sənət yoluna yönəldər və dəstək olardım. Necə ki, illər ərzində bir çox istedadlı gənclərə bu dəstəyi göstərmişəm".
Xanlarova bacısı qızını verilişə çağıran aparıcılara səslənib:
"Buradan bütün televiziya kanallarına və aparıcılara müraciət edirəm: Reytinq qazanmaq məqsədilə həmin şəxsi efirə dəvət edib təqdim edərkən, onun olduğu yerdə mənim adımı çəkməyiniz qəti qadağandır! Əks təqdirdə, qanun qarşısında cavab verəcəksiniz! Çünki mən həmin şəxsdən imtina etmişəm.
Bu məsələdə mənə dost deyən hər kəsin davranışını da qiymətləndirəcəyəm. Məni dost adlandıran insanlar, həmin şəxsi proqramlarına dəvət etməsinlər. Çünki mən istədadsız və səsi olmayan, altı övlad anasının müğənnilik fəaliyyətini qəbul etmirəm. Belə bir şəxsi ön plana çıxarmaq və təbliğ etmək, xüsusilə övladlarına qarşı məsuliyyətsiz davranışını nəzərə alaraq, gənclər üçün yanlış nümunə yaratmış olacaqsınız...
Bunu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, müasir texnologiyaların imkanları ilə qarğa səsini belə, bülbül səsinə çevirmək mümkündür. Lakin həqiqi səs və istedad kompüter proqramları ilə deyil, canlı ifa ilə sübut olunur. Ona görə də, onun səsinin və istedadının gerçəkliyini öyrənmək istəyirsinizsə, canlı oxutdurun. O zaman hər kəs onun sənət iddiasının hansı səviyyədə olduğunu aydın şəkildə görəcək". (axşam.az)
- 
                     Kriminal19:03 Kriminal19:03Sabiq icra başçısı həbs olundu - Bu cinayətlərdə ittiham olunur 
- 
                     Sosial18:53 Sosial18:53Vüqar Məmmədov həbs edildi 
- 
                     Nida Xəbər 17:45 Nida Xəbər 17:45Zakir Həsənova medal verildi 
- 
                     Sosial17:00 Sosial17:00Noyabrda yağıntıların miqdarı normadan çox olacaq - AYLIQ PROQNOZ 
- 
                    .jpg) Səhiyyə16:28 Səhiyyə16:28Azərbaycanda meyit donorun ürəyi transplantasiya edildi 
- 
                     Maraq dünyası15:56 Maraq dünyası15:56Sevgi qapılarınızı döyür - Noyabrda eşqi tapacaq 4 BÜRC 
- 
                     Sosial14:19 Sosial14:19Saxlanılan icra başçısının köməkçisi danışdı 
- 
                     İdman13:45 İdman13:45Yenə Yamal, yenə qalmaqal: Milandakı oteldə kimin otağında gecələyib? 






 
        
    



.png)





















.jpg)




.jpg)
