“Real”ın və “Çelsi”nin sabiq ulduzu “Kainat gözəli”ni seçəcək
Bizi izləyin

İdman

“Real”ın və “Çelsi”nin sabiq ulduzu “Kainat gözəli”ni seçəcək

Fransa millisinin sabiq yarımmüdafiəçisi Klod Makelele “Kainat gözəli”nin 74-cü müsabiqəsinin münsiflər heyətinə daxil olacaq.

Publika.az xəbər verir ki, tədbir noyabrın 21-də Tailandın Pak Kret şəhərindəki “Impact” arenasında keçiriləcək.

“Bizim üçün böyük şərəfdir ki, futbol aləminin əfsanəvi simalarından biri olan Klod Makeleleni “Kainat gözəli”nin 74-cü seçim komitəsində salamlayırıq. O, futbol meydanından kənarda da irs qoyub və idman dünyasında, eləcə də ondan kənarda bütöv nəsillərə ilham verməyə davam edir”, – deyə müsabiqənin rəsmi səhifəsində bildirilib.

52 yaşlı fransalı 2024-cü ildə “Asteras” klubunun baş məşqçi postundan ayrıldıqdan sonra işsiz qalıb. Futbolçu karyerasını bitirdikdən sonra “Eypen”, “Çelsi”, PSJ, “Bastiya” və “Suonsi”də məşqçi kimi çalışıb, həmçinin “Monako”da texniki direktor vəzifəsini icra edib. O, karyerası ərzində “Marsel”, “Real”, “Çelsi”, PSJ kimi klubların formasını geyinib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm