İdman
"Bayern"in ulduzu musiqiçi kimi məharətini göstərdi: İlk klipini yayımladı - VİDEO
“Bayern”in ulduzu Luis Dias futbol meydançası ilə kifayətlənmədiyini sübut edib.
Publika.az xəbər verir ki, Bundesliqada qış fasiləsi zamanı kolumbiyalı vinger azarkeşlər üçün gözlənilməz addım ataraq “La Promesa” (“Vəd”) adlı musiqi kompozisiyasını təqdim edib.
Almaniyadakı parlaq startdan sonra (çempionatda 14 matçda 8 qol və 6 məhsuldar ötürmə) Dias futboldan kənarda yaradıcılıq addımı atmağa qərar verib. Musiqidəki debütü üçün o, afrokolumbiya musiqi və rəqs janrı olan çampeta üslubunda çıxış edən tanınmış ifaçılar Xuanda İriarte və Nelsen ilə əməkdaşlıq edib.
Futbolçu bildirib ki, bu layihə onun üçün marketinq gedişi deyil, səmimi maraq və daxili ehtiyacdır:
“Musiqi hobbilərimdən biridir və hisslərimi ürəkdən ifadə etmək yoludur. Bunu böyük sevgi və sənətə hörmətlə edirəm. Bu layihə ehtirasdan və şəxsi bir şeyi bölüşmək istəyindən yarandı”.
Azarkeşlər futbolçunun gözlənilməz debütünü müsbət qarşılayıblar və onun meydandakı emosiyasını, xarizmasını musiqiyə də daşıya bildiyini qeyd ediblər. Klip cəmi 4 gün ərzində 350 mindən çox baxış və 30 min bəyənmə toplayıb.
Heybət
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu











.jpg)
























