Tanınmış futbolçu pornoulduzla görüntüləndi: Eşq yaşayırlar? - FOTO/VİDEO
Bizi izləyin

İdman

Tanınmış futbolçu pornoulduzla görüntüləndi: Eşq yaşayırlar? - FOTO/VİDEO

“Yuventus”un müdafiəçisi Pyer Kalulu sosial şəbəkələrdə səs-küylü söz-söhbətlərin qəhrəmanına çevrilib.

Publika.az xəbər verir ki, futbolçu azarkeşlər tərəfindən gəzinti zamanı porno filmlərin və "OnlyFans" platformasının ulduzu Beatris Seqreti ilə birlikdə görüntülənib. Foto və videolar qısa müddətdə sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.

Beatris Seqreti İtaliyada kifayət qədər tanınmış simadır. O, iqtisadiyyat üzrə ali təhsil alıb, bir müddət zərgərlik sahəsində və otel biznesində çalışıb. Daha sonra isə həyatında kəskin dəyişiklik edərək böyüklər üçün əyləncə sektoruna keçib. Fəaliyyətinə "OnlyFans"la başlayan Seqreti zamanla bunu əsas işinə çevirib.

Məhz onunla birlikdə Kalulunun görünməsi futbolçu ilə bağlı mümkün münasibətlər barədə söz-söhbətləri alovlandırıb. Maraqlıdır ki, Seqretinin Qabriel adlı partnyoru var və o, daha əvvəl onunla açıq məzmunlarda da yer alıb. İtaliya mətbuatının yazdığına görə, onların münasibəti açıq formatdadır və bu baxımdan futbolçu ilə mümkün eşq üçün formal maneə yoxdur.

Nə Pyer Kalulu, nə də Beatris Seqreti məsələ ilə bağlı açıqlama verib. Buna baxmayaraq, hadisə artıq İtaliya mətbuatında və sosial şəbəkələrdə gündəmin əsas mövzularından birinə çevrilib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm