İdman
Olimpiya mükafatçısı faciəvi şəkildə öldü
Əfsanəvi isveçrəli snoubordçu Uli Kestenholts 50 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə "Berner Zeitung" nəşri məlumat yayıb.
Faciə İsveçrənin Vale kantonunda baş verib. Kipel bələdiyyəsi ərazisində, təxminən 2400 metr yüksəklikdə qar uçqunu qeydə alınıb. Həmin vaxt Kestenholts Hokuxriz dağının şərq yamacında olub.
Xilasedicilər Ulini Visp şəhərindəki xəstəxanaya aparıblar. Daha sonra snoubordçu Sion şəhərinə köçürülüb, lakin aldığı ağır xəsarətlər nəticəsində onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Uli Kestenholts 1998-ci il Olimpiya Oyunlarının bürünc medalçısı olub. Həmin Olimpiada snoubordinqin proqramda yer aldığı ilk oyunlar kimi tarixə düşüb. İsveçrəli idmançının aktivində dünya çempionatlarında iki medal və Dünya Kubokunun mərhələlərində 14 qələbə var.
Heybət
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu











.jpg)
























