Spaletti hakimlərə üsyan edərkən xanım müxbiri öpdü - VİDEO
Bizi izləyin

İdman

Spaletti hakimlərə üsyan edərkən xanım müxbiri öpdü - VİDEO

"Yuventus"un baş məşqçisi Luçano Spalletti maraqlı addım atıb.

Publika.az xəbər verir ki, o, İtaliya A Seriyasının "Latsio" ilə oyunundan sonra (2:2) ondan müsahibə alan DAZN telekanalının əməkdaşı Federika Zilleni çiynindən öpüb. O, "Cenoa" - "Napoli" matçında qonaqların futbolçusu Antonio Verqaraya qarşı təmasdan sonra təyin edilən penalti haqqında danışarkən emosianal davranıb və xanım müxbiri öpüb:

"Toxunan kimi fit çalırlar. Bir öpüş verim. Bax, bu da fouldur. Sığalladım, foul. Bəs şillə? O da fouldur. Bəsdirin artıq! Hər şeyə fit çalaraq futbolu qətl edirsiniz".

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm