Ronaldodan unikal nailiyyət
Bizi izləyin

İdman

Ronaldodan unikal nailiyyət

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo 30 yaşdan sonra vurduğu qolların sayını 500-ə çatdırıb.

Publika.az xəbər verir ki, portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı çempionatında “Əl-Həzm”ə qarşı keçirilən matçın (4:0) 13-cü dəqiqəsində hesabı açaraq bu göstəriciyə nail olub. Qarşılaşmanın sonlarında isə ulduz forvard 501-ci qolunu da vurub.

Beləliklə, Ronaldo karyerası ərzində ümumilikdə 964 qol vurub və bu qolların böyük hissəsini son 11 ildə qeydə alıb. Cari mövsümdə 41 yaşlı hücumçu Səudiyyə Ərəbistanı liqasında 20 dəfə fərqlənib.

Kriştiano bombardirlər siyahısında Ronaldo Ayven Toni (23 qol) və Xulian Kinonesdən (21) sonra üçüncü pillədə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm