Premyer Liqada nə baş verir? - Bir turda 4 futbolçuya qarşı irqçilik
Bizi izləyin

İdman

Premyer Liqada nə baş verir? - Bir turda 4 futbolçuya qarşı irqçilik

İngiltərə Premyer Liqasının 27-ci turundan sonra 4 futbolçu sosial şəbəkələrdə irqçi təhqirlərə məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

İrqçi mesajlar alan oyunçular Uesli Fofana (“Çelsi”), Hannibal Mejbri (“Bernli”), Tolu Arokodare (“Vulverhempton”) və* Romen Mandldir (“Sanderlend”).

Fofana və Mejbri fevralın 21-də “Stemford Bric”də keçirilən və 1:1 hesabı ilə başa çatan oyundan sonra şəxsi mesajlarına göndərilən irqçi təhqirləri paylaşıblar.

Arokodare “Kristal Pelas”a qarşı oyunda (0:1) penalti zərbəsini qaçırdıqdan sonra təhqirlərə məruz qalıb. Mandl isə “Fulhem”lə oyundan (1:3) sonra internetdə iyrənc irqçi təhqirlərə məruz qaldığını bildirib.

Fofana sosial şəbəkədə yazıb: “2026-cı ildir və yenə eyni şey. Heç nə dəyişmir. Bu insanlar heç vaxt cəzalandırılmır.”

“Çelsi” bəyanatında bu cür təhqirlərin qəbuledilməz olduğunu və klubun dəyərlərinə zidd olduğunu bildirib. “Bernli” isə "irqçilyin cəmiyyətimizdə yeri yoxdur" deyə açıqlama yayıb.

“Vulverhempton” da oxşar mövqe sərgiləyərək bildirib ki, irqçiliyin nə futbolda, nə internetdə, nə də cəmiyyətin heç bir yerində yeri yoxdur. Klub hadisə ilə bağlı müvafiq platformalara məlumat verib və İngiltərə Premyer Liqası və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edəcəyini açıqlayıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm