İdman
Qalmaqallı oyunla bağlı qərar verildi: Görün AFFA "Neftçi"ni nə qədər cərimələdi
"Neftçi" klubu 26200 manat cərimələnib.
Publika.az xəbər verir ki, bununa bağlı qərar AFFA İntizam Komitəsinin iclasında verilib.
"Ağ-qaralar"ın cərimələnməsinə səbəb "Zirə"yə qarşı keçirilmiş Azərbaycn Premyer Liqasının 28-ci turunun oyununda yaşananlar səbəb olub.
Qarşılaşmada "Neftçi"dən beş nəfər sarı vərəqə alıb. Buna görə "ağ-qaralar" 700 manat ödəyəcək.
Komandanın baş məşqçisi Yuri Vernidub 90+8-ci dəqiqədə hakimin qərarına etiraz ucbatından birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, kluba isə 5000 manat cərimə tətbiq edilib.
Ukraynalı mütəxəssisin köməkçisi Dmitro Kara Mustafa eyni səbəbdən 1 matçlıq cəzaya məruz qalıb. Bakı təmsilçisi daha 5000 manat ziyana düşüb.
"Neftçi"nin futbolçusu Breno Almeyda da 90+5-ci dəqiqədə qarşısında birbaşa qırmızı vərəqə görüb. O da bir oyun komandasına kömək edə bilməyəcək. "Ağ-qaralar" buna görə 3000 manat ödəməli olacaq.
Bundan əlavə, komandanın azarkeşləri hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. Bu hal cari mövsümdə 7-ci dəfə təkrarlandığı üçün klub 8000 manat cərimələnib. Fanatlar meydana kənar aşyalar da atıblar. Bakılılar bu səbəbdən daha 4500 manatından keçməli olacaq.
Bundan əlavə, "Zirə" də cərimələnib. Beş nəfər sarı vərəqə aldığı üçün "qartallar" 700 manat ziyana düşüb. Köməkçi məşqçi Ağabala Ramazanov texniki zona qaydalarını pozduğu üçün qırmızı vərəqə alıb və ona 1 oyunluq cəza verilib. Qəsəbə klubu 2000 manat cərimə ödəyəcək.
Görüş bitdikdən sonra stadion ərazisində hakimə məxsus avtomobilə zərər vurulub və "Zirə" buna görə 3000 manat cərimə olunub. Dəymiş zərər məhz bu klub tərəfindən ödəniləcək.
Heybət
-
Ekologiya09:10Meteoroloqlardan narıncı xəbərdarlıq - Bu həftə temperatur 40 dərəcəni keçəcək
-
MDB08:24Rusiya Ukraynaya ballistik raket zərbələrini kəskin artırdı
-
İdman08:12Almaniya dünya çempionatlarında rekord qırdı
-
Magazin206:16Neslihan 3 ildən sonra qayıdır
-
Magazin201:11Dua Lipa gəlinlik paltarını nümayiş etdirdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZFALI - Gözlənilməz uğurlarla qarşılaşa bilərsiniz
-
Kriminal20 İyun 23:48Vəhşicəsinə döyülən 83 yaşlı qadın xəstəxanada öldü
-
İdman20 İyun 23:36Qurban Qurbanov təsdiqlədi: “Çox ciddi danışıqlar gedir”








.jpg)


.jpg)























