İdman
Ranyeri qovulubmuş
“Roma”nın keçmiş baş məşqçisi Klaudio Ranyeri klubun idarə heyətinin müşaviri vəzifəsindən öz istəyi ilə deyil, komanda rəhbərliyi tərəfindən qovulduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, “La Gazzetta dello Sport” qəzeti Ranierinin sözlərini sitat gətirib:
“Baş məsləhətçi kimi klubla münasibətlərimin sona çatması klubun birtərəfli qərarının nəticəsi idi. Bunu vəzifə hissi, hərəkət aydınlığı, həqiqətə sədaqət və ikinci dərim olan formaya olan sevgimdən irəli gələrək deyirəm.
Həmçinin illərdir göstərilən və həmişə qarşılıqlı olan böyük sevgiyə görə Fridkin ailəsinə ( Roma klubunun sahibləri), komandaya, işçi heyətinə və bütün azarkeşlərə təşəkkür etmək istərdim. İrəli, Roma, əbədi olaraq”.
Ranyeri daha əvvəl “Roma”nın baş məşqçisi Can Pyero Qasperini ilə münaqişə yaşamışdı.
-
Maraq dünyası21:48Xəyanəti bağışlamağa hazır olan insanların SAYI HESABLANDI
-
Ekologiya21:36Ağstafaya yumurta boyda dolu yağdı - FOTO
-
İdman20:48Əfsanə futbolçuların sevgililərini qınadı - Bu nə dəbdir?
-
Magazin120:36Zeynəb Xanlarova övladları ilə - FOTO
-
Magazin220:00Məşhur reper Taylandda itkin düşdü - Onu sonuncu dəfə...
-
Magazin119:48Müşviqin 4 ildir görmədiyi oğlu - FOTO
-
Dünya19:24Tramp Corcia Meloni ilə dostluq münasibətlərinə SON QOYDU
-
Hadisə19:12Sumqayıtda yaşayış binasında PARTLAYIŞ - Xəsarət alanlar var




































