İdman
Mən də bu qədər ödəməzdim: Tramp DÇ-nin bilet qiymətlərindən narazılıq etdi
ABŞ prezidenti Donald Tramp ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Kuboku oyunları üçün biletlərin qiymətinə münasibət bildirib.
Publika.az xəbər verir ki, FİFA yüksək qiymətlərə görə tənqid olunub. Məsələn, ABŞ-Paraqvay matçı üçün ilkin minimum bilet qiyməti 1120 dollar olub.
“Mən bu rəqəmi bilmirdim. Əlbəttə ki, orada olmağı çox istərdim, amma düzünü desəm, bu qədər pul da ödəməzdim.
Qiymətlərdən məlumatsız idim, baxmalıyam. Əgər Kvins və Bruklindən olan insanlar və Donald Trampı sevən hər kəs gedə bilməsə, məyus olacağam, amma bilirsiniz, eyni zamanda bu, inanılmaz bir uğurdur.
İstərdim ki, mənə səs verən insanlar gedə bilsinlər. Bilirəm ki, bilet satışları çox yaxşı gedir. Hər cür rekordlar qırılıb. Əvvəllər belə bir şey olmayıb”, – deyə “The New York Times” qəzeti Trampın sözlərini sitat gətirib.
Müəllif: Tural
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI















.jpg)


.jpg)
















