İdman
“Real” dava salan futbolçuların hər birini yarım milyon cərimələdi
“Real Madrid” Federiko Valverde və Aurelien Tçuameni barəsində daxili intizam prosesinin başa çatdığını açıqlayıb.
Dünən uruqvaylı yarımmüdafiəçinin komandanın məşqi zamanı Aurelien Tçuameni ilə dalaşdığı bildirilmişdi. Nəticədə Valverde yıxılıb masaya dəymişdi, daha sonra isə xəstəxanaya aparılaraq sifətinə tikiş atılmışdı. Federiko baş zədəsi səbəbindən 14 günə qədər meydanlardan kənarda qalacaq .
Publika.az xəbər verir ki, “Real Madrid” davadan dərhal sonra təcili iclas keçirib və daha sonra intizam tədbirləri başlayıb.
“Futbolçular baş verənlərə görə tam peşman olduqlarını bildirdilər və bir-birlərindən üzr istədilər.
Valverde və Tçuameni klubdan, komanda yoldaşlarından, məşqçilər heyətindən və azarkeşlərdən üzr istədilər. Hər iki oyunçu “Real Madrid”in zəruri hesab etdiyi istənilən cəzanı qəbul etməyə hazır olduqlarını bildirdilər.
Bu halları nəzərə alaraq, klub hər bir oyunçuya 500.000 avro cərimə tətbiq etmək qərarına gəlib. Bununla da daxili intizam icraatı başa çatır”, – deyə “Real Madrid” klubunun açıqlamasında bildirilib.
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi
-
Rəsmi xronika12:45İlham Əliyevin kabinetindəki yeganə heykəl... - Kimdən yadigardır? - FOTO
-
Dünya12:16SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu
-
Dünya11:50Zelenski 40 dəqiqə söhbət etdiyi Lula da Silvadan nə xahiş edib?
-
Magazin110:06Dünən sünnət olunan ingilis Azərbaycanda evləndi - VİDEO
-
Hadisə09:13Zooparkda dəhşət: 3 yaşlı uşağı timsahların ağzına atdı
-
Yaxın Şərq08:24Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı






































