İdman
Polis şefi təklif etdi: Derbinin tarixi dəyişdiriləcək?
İtaliya A Seriyasının 37-ci turu çərçivəsində “Roma” paytaxt derbisində “Latsio” ilə qarşılaşacaq.
Publika.az xəbər verir ki, lakin oyunun dəqiq tarixi və başlama saatı hələ müəyyənləşməyib. Görüşün mayın 17-də, bazar günü keçirilməsi gözlənilir. Ancaq həmin gün Romada nüfuzlu WTA-1000 tennis turnirinin finalı baş tutacağı üçün derbinin bazar ertəsinə keçirilməsi ehtimalı var.
Bu təkliflə Roma polisinin rəhbəri Roberto Mazuççi çıxış edib:
“İstənilən çətinliyə hazır olsaq da, eyni gündə bu qədər böyük yarışların keçirilməsi məqsədəuyğun görünmür. Beynəlxalq tennis çempionatı artıq qlobal hadisəyə çevrilib. Bu, derbi qədər vacib tədbirdir”.
Müəllif: Tural
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI



































