Azərbaycanlı hakimlər arasında şiə-vəhhabi qarşıdurması
Bizi izləyin

İdman

Azərbaycanlı hakimlər arasında şiə-vəhhabi qarşıdurması

Antalyada toplanışda olan azərbaycanlı hakimlərin düşərgəsində biabırçı olay yaşanıb.

Publika.az xəbər verir ki, 2 hakim - Rəhim Həsənovla Mübariz Haşımov Türkiyədə məzhəb davasına çıxıb. Bu barədə məlumatı "Futbol+" qəzeti yayıb. Qəzetin mötəbər şəxsdən aldığı məlumata görə, qalmaqal süfrə başında yaşanıb. Rəhim Həsənovun şiə, Mübariz Haşımovun isə vəhhabi olduğu bildirilir.

Məlumata görə, Haşımov yemək zamanı şiələr haqqında təhqiramiz ifadə işlədib. Buna dözməyən Həsənov da onu və əqidədaşlarını söyüb. Onların əlbəyaxa olmasına ətrafdakılar imkan verməyib. Ancaq hirsi soyumayan Həsənov yeməkdən sonra Haşımovun qaldığı otağa gedib və onu döyüb.

Ceyhun Haşımovun "feysbuk" səhifəsinə göz gəzdirməklə onun vəhhabi olduğunu anlamaq çətin deyil. O, səhifəsində, adətən, vəhhabiliyi təbliğ edən statuslar paylaşır.

İnsidentlə bağlı Rəhim Həsənovun fikirləri öyrənilsə də, ədalət təmsilçisi məlumatı yalan adlandırıb. Ancaq qəzet məlumatı verən mənbəyə inandığını və hadisənin baş verdiyini iddia edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm