Eriksenin son durumu açıqlandı
Bizi izləyin

İdman

Eriksenin son durumu açıqlandı

Eriksenin son durumu açıqlandı

Danimarka millisinin həkimi Morten Boesen Ukrayna millisinə qarşı keçirilən yoldaşlıq oyununda huşunu itirən 34 yaşlı yarımmüdafiəçi Kristian Eriksenin vəziyyəti ilə bağlı rəsmi açıqlama verib.

Publika.az xəbər verir ki, Danimarka Futbol İttifaqının rəsmi saytına danışan Boesen bunları deyib:

“Kristian özünü yaxşı hiss edir və meydanı öz ayaqları ilə tərk edib. Gördüyüm qədərilə, implantasiya olunmuş kardioverter-defibrilyator (İKD) lazım olduğu kimi işləyib. O, qısa müddətlik huşunu itirdi, lakin çox tez özünə gəldi və biz dərhal onunla əlaqə qura bildik.

Baş verənlərin səbəbini müəyyənləşdirmək üçün xəstəxanada əlavə müayinələrdən keçəcək. Biz daim həm onunla, həm də xəstəxanadakı həkimlərlə əlaqədəyik.

Kristian özünü yaxşı hiss edir və məndən bütün futbolçulara salam çatdırmağı, həmçinin hər şeyin qaydasında olduğunu bildirməyi xahiş edib”.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm