İdman
Qadın basketbolçularımız Avropa Kubokunun finalında - YENİLƏNDİ
Kosovonun paytaxtı Priştina şəhərində 3x3 basketbol üzrə Avropa Kuboku 2026-nın seçmə mərhələsinin həlledici oyunları baş tutub.
Publika.az xəbər verir ki, seçmə mərhələnin final oyununa vəsiqə qazanan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi gərgin final oyunun yekununda İrlandiya yığmasına 21:20 hesabı ilə qalib gəlib.
Bu qələbə sayəsində komandamız Avropa Kuboku 2026-nın final mərhələsinə vəsiqə qazanıb. Turnirin final mərhələsi 11-13 sentyabrda Belçikanın Antverpen şəhərində keçiriləcək.
18:53
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyununa çıxıb.
Publika.az xəbər verir ki, yığma Kosovo millisi ilə üz-üzə gəlib. Bakı vaxtı ilə 18:00-da start götürən qarşılaşma Azərbaycan yığmasının 21:5 hesablı qələbəsi ilə yekunlaşıb.
Milli finalda İrlandiya - Kipr cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, yığma daha əvvəl Kipr (16:10) və Maltanı (15:14) məğlub edib.
-
Region15:10Ermənistanın "dolu lənət"i davam edir - VİDEO
-
Region14:5313 yaşlı qız enerji içkilərinin qurbanı oldu - Futbol klublarına çağırılırmış
-
Region14:14Turistlər Opera Teatrının qarşısında ölümcül döyüldülər - VİDEO
-
Avropa13:50Qara dənizdə nə baş verir? - NATO təyyarəsindən qeyri-adi uçuş
-
Ekologiya13:20Sabahın hava proqnozu açıqlandı
-
Səhiyyə13:00Xəstəxanaların həyətində xoşagəlməz görüntülər - Orqan qalıqları... (VİDEO)
-
Yaxın Şərq11:53Hörmüz boğazı yaxınlığında neft tankerləri minaya düşdü
-
Art11:36Ayaz Salayev: İttifaq ölüb! - Müsahibə


































