İdman
“Barselona”nın ulduzu DÇ-2026-nın ilk oyununu buraxacaq?
“Barselona”nın ulduz futbolçusu Lamine Yamal 2026-cı il dünya çempionatında İspaniya millisinin Kabо-Verde yığmasına qarşı ilk matçında meydana çıxmayacaq.
Publika.az xəbər verir ki, bu barədə baş məşqçi Luis de la Fuente məlumat verib.
“İcazə verin qərarı özüm verim. O yaxşı formadadır və turnirə istədiyimiz vəziyyətdə gəlib. Onunla hər şey qaydasındadır, həmçinin sağlamlıq problemi olan digər futbolçular da hazırdır. Hamısı oynaya bilər, amma Munyos, Niko və Yamal start heyətində olmayacaq. Oyunun gedişinə baxacağıq”, – deyə məşqçi bildirib.
Baş məşqçi həmçinin Yamalın meydana qayıtmaq istəyini də qeyd edib:
“Biz tibbi heyətin və klub həkimlərinin tövsiyələrinə ciddi əməl edirik. Onlar təsdiqləyirlər ki, o risk olmadan Kabо-Verdeyə qarşı oynaya bilər. 90 dəqiqə oynaması mümkün deyil, amma müəyyən dəqiqələr üçün hazırdır. O, oyuna sonradan daxil ola bilər.”
Yamal “Barselona”nın La Liqadakı “Selta” ilə matçında sol budunun ikibaşlı əzələsindən zədə almışdı və buna görə mövsümün son oyunlarını və yığmanın iki yoldaşlıq görüşünü buraxmışdı.
İspaniya millisi qrup mərhələsində Kabо-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla qarşılaşacaq.
-
Rəsmi xronika16:33İlham Əliyev Qırğızıstanda səfərdədir - YENİLƏNDİ
-
Sosial15:30Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır
-
İdman14:48Mbappe sevgilisi ilə adada belə istirahət edir - FOTOLAR
-
Qoroskop14:18Qismət qapıları açılır: Arzuları gerçəkləşəcək 5 bürc
-
Region13:18Ermənistan Rusiyaya qarşı sanksiya tətbiq etməyə məcbur olacaq - Sensasion iddia
-
Rəsmi xronika12:56İlham Əliyev fərman imzaladı
-
Region12:54Paşinyan hökumətin istefaya getdiyini açıqladı - VİDEO
-
Dünya12:18İsrail Türkiyənin son həmləsindən danışır: “İqtisadi çay” qurulur, güc balansı dəyişəcək












.jpg)

.jpg)


.jpg)


.jpg)






.jpg)








