Dünya
Ukrayna Rusiyanın neft emalı zavodlarının 30 faizindən çoxunu sıradan çıxarıb
Ukraynanın Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələr ölkənin neft emalı güclərinin əhəmiyyətli hissəsini sıradan çıxarıb və yanacaq böhranını dərinləşdirib.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Bildirilib ki, hücumlar nəticəsində Rusiyanın faktiki neft emalı güclərinin 30 faizindən çoxu, nominal güclərinin isə 45 faizi dayanıb. Bu vəziyyət SSRİ-nin dağılmasından bəri ölkədə ən ciddi yanacaq böhranının yaranmasına səbəb olub.
Məlumata görə, yaranmış böhran səbəbindən Rusiya hakimiyyəti ölkənin əksər regionlarında yanacaq satışına məhdudiyyətlər tətbiq edib, yanacaqdoldurma məntəqələrində isə uzun növbələr yaranıb.
Araşdırmaya əsasən, 2025-ci ildə zərbə alan neft emalı zavodlarında fəaliyyət hələ də əvvəlki səviyyəyə qayıtmayıb. Ekspertlər qeyd edirlər ki, bəzi müəssisələr bərpa olunsa da, daxili bazarın yanacaqla təmin edilməsində problemlər qalmaqdadır.
Müəllif: Roza
-
Hadisə10:39Qarabağ Universitetinin müəllimi həbs olundu
-
Sosial10:0633 nömrəli avtobusda sərnişinlərlə sürücü arasında dava - VİDEO
-
İqtisadi gündəm09:12Avro və rubl ucuzlaşdı - MƏZƏNNƏ
-
Ekologiya08:37Azərbaycanda hava dəyişir: Temperatur daha da düşəcək - İlk qar yağacaq
-
Sosial06:16Yasamalda yeni yol və tunel inşa ediləcək - Evlər söküləcək
-
Kriminal03:44Canlı yayımda söyüş söyən şəxs saxlanıldı
-
MDB02:19Rusiyada dəhşətli yanğın: matəm elan olundu - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: hər şey sizin xeyrinizə dəyişəcək




































.jpg)
.jpg)
