Nida Təhlil
Xəyanətin anatomiyası: Onları torpaq da götürməyəcək!
Yuyulması mümkün olmayan bir cinayət varsa, o da vətənə xəyanətdir.
Fransız mütəfəkkir Pyer Büastın hələ XVIII əsrdə dediyi bu sözlər vətənə xəyanətin ən doğru təsbiti hesab olunur. Çünki fərdi münasibətlərdə baş verən xəyanətdən fərqli olaraq, vətənə xəyanətin nəticəsi həm xəyanətkarın özü, həm də ölkə, xalq, bir toplum üçün dəhşətlidir. Bir insanın digərinə xəyanəti bağışlana bilər, yaxud bu, xəyanətə məruz qalan şəxsin seçimindən asılıdır, lakin vətənə xəyanəti bağışlamaq bunun yenidən təkrarlanması, tarixin təkərrür etməsi deməkdir. Məhz buna görə belə hallar bütün dövrlərdə heç vaxt bağışlanmayıb və ən ağır formada cəzalandırılıb.
Edam, dörd hissəyə bölmək, yandırılma, qayadan atılma.
Müasir Qərb dünyasının (Qədim Romadan başlayaraq, orta əsr Avropasına qədər) tarixi bu cəza növlərinin tətbiqi ilə zəngindir. Türk törəsində və İslam dinində də vətən xainləri ən ağır formada cəzalandırılırdı. Müasir hüquqi yanaşmada müəyyən dəyişikliklər olsa da, xəyanətin tərifi və cəza növü dinimizdə olduğu kimi qalır:
Xəyanətin tərifi:
- Dövlətin suverenliyinə, ərazi bütövlüyünə və konstitusiya quruluşuna qəsd.
- Ümmətin (müsəlman cəmiyyətinin) təhlükəsizliyinə və İslam dövlətinə zərbə vurulması.
Cəza növü:
- Uzunmüddətli və ya ömürlük azadlıqdan məhrumetmə, əmlakın müsadirəsi.
- Şəraitə görə təzir (həbs/sürgün) və ya hirabə (edam bəzi ölkələrdə hələ də qalır).
Avropada “siyasi mühacir” adı altında yaşayan şəbəkənin Azərbaycana qarşı hərəkətə keçməsi vətənə xəyanət mövzusunu aktuallaşdırıb. Və diqqəti məsələnin həm hüquqi, həm mənəvi, həm də psixoloji tərəflərinə yönəldir. Azərbaycan ilk dəfə xəyanətlə üzləşmir, tariximiz bu torpaqlara xəyanət edənləri lənətlə xatırlayır.
- Xürrəmilər Səhl ibn Sumbatın xəyanəti ilə süquta uğradı;
- Səfəvilər Üləma xan Təkəli, Zülfqar xan, Əlqas Mirzənin xəyanəti ilə üzləşdi;
- Nadir şah ən çox inandığı Məhəmmədqulu Xanın xəyanəti ilə öldürüldü;
- AXC Əliheydər Qarayev kimilərin xəyanəti nəticəsində süqut etdi;
- Birinci Qarabağ müharibəsində məğlubiyyətimizin səbəblərindən biri həm də xainlərin əməlləri idi;
Müstəqilliyimizi bərpa edəndən sonra da Azərbaycan dəfələrlə xəyanətə məruz qalıb: “siyasi müxalifət”, “insan haqlarının müdafiəçiləri”, “söz azadlığı uğrunda mübarizə aparanlar” və bu kimi müasir trendlər altında bu ölkəyə xəyanət edənlər oldu. Bu gün də xəyanətin yeni növü – “siyasi mühacir” adı altında Avropaya sığınanların əməlləri ilə üzləşmişik. Metodlar dəyişir, mahiyyətsə eynidir: Vətənə xəyanət!
Müxtəlif obrazlarda Avropada məskunlaşan xainləri fərqləndirən əsas xüsusiyyət onların xəyanətlərini gizlətməməsi və həyata keçirdikləri missiyadır. Viktor Hüqonun dediyi kimi, “Vətənini rüsvay etmək, ona xəyanət etmək deməkdir”. Bu ünsürlərin missiyası məhz Azərbaycanı rüsvay etmək – uydurma iddialarla ölkə haqqında çirkli informasiya dalğası yaratmaqdır. Onların məskunlaşdıqları ölkələrin xüsusi xidmət orqanları, o cümlədən, erməni diasporu/lobbisi, eləcə də İran və Rusiya kimi ölkələrdən verilən tapşırıqları icra etdikləri, qarşılığında maliyyə və Avropada “yaşamaq hüququ” qazandıqları, kəşfiyyat leksikonu ilə desək, ikili və daha çox agent olduqları sirr deyil. Açıq mənbələrdə bunlarla bağlı kifayət qədər məlumat mövcuddur. Misal üçün, erməni diaspor təşkilatlarının ofislərində olduqları, onlarla birlikdə Azərbaycana qarşı aksiyalar keçirdikləri, yaşadıqları ölkələrin xüsusi xidmət orqanları tərəfindən mühafizə edilmələri, yaxud özlərinin “məlumatları Rusiyadan aldıqlarına” dair etirafları, eləcə də İranın dini-klerikal dairələrinə “sədaqət andı” içmələri ortadadır. Lakin qarşılarına qoyulan missiya-tapşırıq casusluğun klassik məlumat toplanması işindən daha çox, Azərbaycan haqqında deziformasiyaların istehsalı, yanlış ictimai rəyin yaradılması, vətəni rüsvay etməkdir.
Kəşfiyyat ədəbiyyatında belələri “təsir agenti” kateqoriyasına daxil edilir. Bu agentlər gizlənmir, əksinə, açıq fəaliyyət göstərir və bağlı olduqları ölkələrin/qüvvələrin tapşırığı ilə ictimai rəyi manipulyasiya etmək işini həyata keçirirlər. Vətən müharibəsində ordumuz haqqında yalan məlumatlar yayanlar da, “artsax respublikası var” deyənlər də, “Azərbaycan erməniləri blokadada” saxlayıb tezisinə əsasən separatçıları müdafiə edənlər də, ölkə rəhbərliyinin Avropa səfərləri zamanı təxribat törədənlər də bunlardır.
Onlar vətənə xəyanət etdiklərini yaxşı bilirlər, amma “xainlər daim öz kimliyini gizlətməyə cəhd edir”. Və bu cəhd onların psixoloji tənəzzülünü pik nöqtəsidir. Əsl niyyətlərini gizlədir, xəyanətin qarşılığında şəxsi maraqlarını təmin etmək istəklərini ciddi-cəhdlə ört-basdır etməyə çalışır, buna nail ola bilmədikləri üçün də daha aqressiv olurlar. Xain şəbəkəsinin Azərbaycan haqqında yalanları hər keçən gün yeni bir mərhələyə daşıması, özləri haqqında “böyük amallara xidmət” obrazını yaratmaq cəhdləri məhz psixoloji çöküşün təzahürüdür. Prezidentin köməkçisi Hikmət Hacıyevin dediyi kimi, vətənə xəyanət edənlərə insanın yalnız yazığı gəlir. Çünki,
- “Allah xainləri sevməz!” (əl-Ənfal, 58).
- Dövlət xainləri bağışlamaz.
- Millət xainləri unutmaz.
Və torpaq da onları götürməz. Bu, onlar üçün ən dəhşətli cəzadır.
Asif Nərimanlı
-
Region13:18Ermənistan Rusiyaya qarşı sanksiya tətbiq etməyə məcbur olacaq - Sensasion iddia
-
Rəsmi xronika12:56İlham Əliyev fərman imzaladı
-
Region12:54Paşinyan hökumətin istefaya getdiyini açıqladı - VİDEO
-
Dünya12:18İsrail Türkiyənin son həmləsindən danışır: “İqtisadi çay” qurulur, güc balansı dəyişəcək
-
Nida Xəbər 11:42Hikmət Hacıyevin sitat gətirdiyi kitab Azərbaycan dilinə tərcümə olunmalıdır - Etibar Əliyev
-
Rəsmi xronika11:09İlham Əliyev Mərakeş Kralını təbrik etdi
-
İdman10:54Ceyk Polun cazibədar nişanlısı elə FOTOLAR paylaşdı ki…
-
Magazin110:06Nigar Camal təcili əməliyyat olundu: Sabah konsert verəcəkdi - FOTO














.jpg)





.jpg)





.jpg)










