İdman
Aman Allahım, 38 yaşımda 120 kq idim – Ronaldo Messi haqda
Braziliya millisinin keçmiş hücumçusu Ronaldo 2026-cı il Dünya Kubokunda turnirin tarixində ən çox qol vuran oyunçusu statusuna yüksələn Lionel Messi haqqında danışıb.
Publika.az xəbər verir ki, onun sözlərini “L’Equipe” sitat gətirib.
Argentinalı Avstriyaya qarşı oyunda iki qol vuraraq ( 2-0 hesablı qələbə ) Miroslav Klozenin göstəricisini üstələyərək reytinqdə birinci yerə yüksəlib.
“Futbol tanrıları üçün bu, onun hər kəsi üstələdiyinə işarədir. Əgər kimsə Dünya Kuboku tarixində ən çox qol vuran oyunçu adına layiqdirsə, bu, Messidir. Onun 38 yaşı var, Allahım! 38 yaşımda artıq dörd il əvvəl təqaüdə çıxmışdım və 120 kiloqram idim”, – Ronaldo deyib.
Qeyd etmək lazımdır ki, Ronaldo Dünya Kuboku tarixində 15 qolla dördüncü ən çox qol vuran oyunçudur. O, Braziliya millisində 99 oyunda 62 qol vurub və 32 məhsuldar ötürmə edib.
Müəllif: Tural
-
İdman29 İyul 23:55FİFA Argentina millisinə qarşı üç maddə üzrə araşdırma başlatdı
-
Magazin229 İyul 21:39"MasterChef"in qalibi evində ölü tapıldı - Foto
-
Nida Xəbər 29 İyul 19:40Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - Yeni təyinatlar
-
Elm və təhsil29 İyul 18:10Magistratura imtahanının nəticələri elan olundu
-
İKT29 İyul 16:05Süni intellekt savaşında sensasiya: Zukerberq Trampa qarşı çıxdı
-
Magazin129 İyul 15:24Sevda Ələkbərzadə görünüşünü dəyişdirdi - FOTO
-
Səhiyyə29 İyul 14:34Həkimdən etiraz: Aran Regional Klinikasının “ilk varikoz əməliyyatı” iddiası yalan çıxdı - VİDEO
-
Sağlamlıq29 İyul 14:01Bu məşhur sızanağı sıxdı, ölümdən döndü - Həkimlər xəbərdarlıq etdi


















.jpg)



















