İdman
Mərakeş darmadağınla 1/4 finala çıxdı - YENİLƏNDİ
Futbol üzrə dünya çempionatında Mərakeş Kanadaya qalib gəlib.
Publika.az xəbər verir ki, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.
Komandanın heyətində 50 və 82-ci dəqiqələrdə Azzedin Unahi fərqlənməklə dubla imza atıb. Yekun nəticəni isə 90+8-ci dəqiqədə Sufyan Rahimi müəyyənləşdirib.
Cari mundialda ilk 1/4 finalçı olan Mərakeş bu raundda Paraqvay - Fransa cütünün qalibi ilə qarşılaşacaq.
xxx
Futbol üzrə dünya çempionatının Kanada - Mərakeş oyununda ikinci qol vurulub.
Publika.az xəbər verir ki, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabdakı üstünlüyünü möhkəmləndirib - 2:0.
82-ci dəqiqədə Azzedin Unhai dubl edib.
xxx
22:12
Futbol üzrə dünya çempionatının Kanada - Mərakeş oyununda ilk qol vurulub.
Publika.az xəbər verir ki, Hyuston stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabı açıb - 1:0.
50-ci dəqiqədə Azzedin Unhai adını tabloya yazdırıb.
xxx
21:00
Futbol üzrə dünya çempionatının Kanada - Mərakeş oyunu başlayıb.
Publika.az xəbər verir ki, 1/8 final mərhələsinin matçı Hyuston stadionunda keçirilir.
Qarşılaşmanı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.
-
İKT12:12İnsanlığı məhv edəcək - Daha bir məşhur süni intellekt tədqiqatçısı sektoru tərk etdi
-
Nida Xəbər 11:30Pərvin Mirzəzadəyə yüksək vəzifə verildi
-
Sağlamlıq10:12İlan qanından "kokteyl” hazırlandı: Kim içsə... - MÖCÜZƏ
-
Nida Xəbər 09:51Mehriban Əliyeva paylaşım etdi - FOTO
-
Hadisə09:48Xalq artisti vəfat etdi - FOTO
-
Pul08:12Dolların ilin sonuna olan məzənnəsi AÇIQLANDI
-
İdman07:30Messi bu klubu alır
-
Magazin206:16İtmiş telefon məşhur rəqqasənin ölümünə səbəb oldu
































.png)



