İdman
Tramp o məsələ ilə bağlı İnfantinoya zəng etdiyini təsdiqlədi
ABŞ prezidenti Donald Tramp Folarin Baloqunun cəzasının ləğv edilməsi ilə bağlı FİFA prezidenti Canni İnfantinoya zəng etdiyini təsdiqləyib.
ABŞ yığmasının hücumçusu 2026-cı il Dünya Kubokunun 1/16 final mərhələsində Bosniya və Herseqovina ilə (2-0) matçda Tarik Muharemoviçə ayaqla hücum etdiyinə görə VAR qərarı ilə qırmızı vərəqə almışdı.
Baloqunun bir oyunluq diskvalifikasiyası bir illik sınaq müddəti ilə əvəz edildi və ona 1/8 finalda Belçikaya qarşı oynamaq hüququ verildi.
Publika.az xəbər verir ki, məlumata görə, Tramp İnfantinoya iki dəfə zəng edib – Baloqun cəzalandırılandan və bu cəza ləğv ediləndən sonra.
Tramp jurnalistlərlə söhbətində zəng etdiyini təsdiqləyib.
– Baloqunun qırmızı vərəqəsi ilə bağlı Canni İnfantinoya zəng etdinizmi?
-Bəli, ən uğurlu Dünya Kubokunu təşkil edən çox hörmətli bir insan olan Canni ilə danışdım. Dedim ki, Canni bizim elə matçlarımız var – hər biri Superboul kimidir. Təsəvvür edin, hər matç Superboul kimidir!
Baloqunun meydandan qovulduğu anı gördüm. İdmanı sevirəm, özüm də yaxşı idmançı idim. İdmanı çox yaxşı başa düşürəm. Bu, qayda pozuntusu deyildi, iki oğlan tam sürətlə qaçaraq bir-birinə çırpılırdı. Hakim isə… Onun keçmişi, dərindən araşdırsanız, bəzi suallar doğurur. Mübahisəyə səbəb olmamaq üçün bu barədə danışmaq istəmirəm, amma bu, çox şübhəlidir. Hakim heç kimin, hətta rəqib komandanın belə başa düşmədiyi bir qərar verdi.
-
Sağlamlıq10:12İlan qanından "kokteyl” hazırlandı: Kim içsə... - MÖCÜZƏ
-
Nida Xəbər 09:51Mehriban Əliyeva paylaşım etdi - FOTO
-
Hadisə09:48Xalq artisti vəfat etdi - FOTO
-
Pul08:12Dolların ilin sonuna olan məzənnəsi AÇIQLANDI
-
İdman07:30Messi bu klubu alır
-
Magazin206:16İtmiş telefon məşhur rəqqasənin ölümünə səbəb oldu
-
Səhiyyə05:15Xərçəng xəstələrinin sayı 67% artacaq
-
Magazin204:14İrina Şeyk bağçada alt paltarında romantik pozalar verdi - FOTO

















.jpg)















.png)



