İdman
FİFA-da İnfantinoya qarşı üsyan hazırlanır
FİFA Şurasının bəzi üzvləri Canni İnfantinonun rəhbərliyi altında təşkilatın verdiyi mübahisəli qərarları nəzərdən keçirmək üçün fövqəladə ümumi iclas çağırmağa çalışırlar.
Publika.az xəbər verir ki, belə bir görüşün mümkün nəticələrindən biri İnfantinonun istefasını tələb etməsi ola bilər.
Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Hazırda ondan çox insanın İnfantinonun son qərarlarından narazı olduğu məlumdur. Narazılıq hələ hazırkı FİFA prezidentinin Dünya Kubokunun təşkilinin özəl sahiblərə ötürməyi planlaşdırmasından əvvəl də yaranmışdı.
Bu hadisədən əvvəl FİFA Şurasının üzvləri ABŞ milli komandasının hücumçusu Folarin Baloqunun cəzasının ləğvini nəzərdən keçirmək üçün fövqəladə ümumi iclas çağırmaq istəyirdilər.
Nəşr bildirir ki, İnfantinonun UEFA və digər qlobal futbol təşkilatlarının tənqidləri fonunda Dünya Kuboku hüquqlarının bir hissəsini özəl investorlara satmaq fikrindən imtina etməsindən sonra FİFA Şurasının narazı üzvləri arasında mövcud rəhbərliyə qarşı üsyankar əhval-ruhiyyə daha da güclənib.
FİFA Şurası altı futbol konfederasiyasının 28 nümayəndəsindən, səkkiz vitse-prezidentdən və təşkilatın prezidentindən ibarətdir. Fövqəladə iclasın çağırılması üçün minimum 19 səs tələb olunur.
Müəllif: Tural
-
Region13:36Rusiyanın “qaz şantajı” – Paşinyan hansı ssenariləri nəzərdən keçirir?
-
Region13:18Ermənistanda maşınların sayı artır, tıxac yaranır - Paşinyan həll yolunu göstərdi
-
Sosial11:54Cefri Verbokun keçmiş azərbaycanlı xanımı bu məşhur nəsildən imiş - FAKTLAR
-
Rəsmi xronika11:14Prezident İlham Əliyev Si Cinpini təbrik etdi
-
Elm və təhsil10:48İnsanlar üçün nümunə: Görün dalaşan meymunlar necə barışırlar
-
Sosial10:24Bu şəxslər maaşdan əlavə pul alacaq
-
Rəsmi xronika10:22İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
İdman09:48Bu iki nəfər aeroportda Ronaldonun qarşısını kəsib, onu inandırmağa çalışıblar ki...



















.jpg)

















