İdman
Qurban Qurbanov futbolçunu heç kəsin ayağına vermir... - Mahir Şükürov
Həm “Qarabağ”a, həm də “Sabah”a inanıram. Ümid edirəm ki, hər iki komandamız növbəti mərhələyə vəsiqə qazanacaq”.
Publika.az xəbər verir ki,bunu teleqraf-a açıqlamasında Azərbaycan millisinin sabiq müdafiəçisi Mahir Şükürov UEFA klub turnirlərinin III təsnifat mərhələsinin ilk oyunlarından sonra Azərbaycan təmsilçilərinin çıxışını dəyərləndirərkən deyib.
Şükürov əvvəlcə “Sabah”ın ilk oyundakı çıxışına toxunub:
“Komanda səfərdə pis oynamadı, hesabı bərabərləşdirmək şansı da yaratdı. Əsas məqam odur ki, rəqib meydanından qolsuz məğlubiyyətlə deyil, 2:1 hesablı nəticə ilə qayıtdı. Bu da cavab oyunu üçün ümidləri saxlayır. Evdə keçiriləcək görüşə son final oyunu kimi yanaşmaq lazımdır. Azarkeşlərin güclü dəstəyi ilə meydanda üstünlük qazanıb qələbə əldə etsələr, növbəti mərhələyə yüksələ bilərlər”.
Veteran futbolçu “Qarabağ”ın da doğma meydanda üstünlüyünü reallaşdıra biləcəyini vurğulayıb:
“İnanıram ki, “Qarabağ” da azarkeşlərinin dəstəyi ilə oyunun taleyini həll edə biləcək komandadır. Fikrimcə, hər iki komandamız növbəti mərhələyə vəsiqə qazanacaq”.
Mahir Şükürovun sözlərinə görə, “Qarabağ”da yeni heyətin formalaşması prosesi davam edir:
“Komanda yenidən formalaşır. Heyətdən çoxlu futbolçu, xüsusilə də lider oyunçular ayrılıb. Onların yerinə transfer olunanlar isə hələ komandaya uyğunlaşma mərhələsindədir. Yeni oyunçuların bəziləri artıq bir neçə matçda forma geyinib və düşünürəm ki, xüsusilə “Dinamo” (Kiyev) ilə oyunda özlərini daha yaxşı göstərə bilərlər. Onlar gedən futbolçuların yerini doldurmağa gəliblər və liderlik keyfiyyətlərinə malik olduqlarını sübut etməlidirlər. Yeni transferlərdən çox şey gözləyirəm”.
Sabiq müdafiəçi “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin yenidən baş məşqçi Qurban Qurbanovun etimadını qazandığını və bundan düzgün yararlanmalı olduğunu bildirib: “Elvin meydanda öz sözünü deməli, potensialını göstərməlidir.
Mən Qurban Qurbanovun rəhbərliyi altında “Neftçi”də oynamışam, məşqçi kimi bərabər çalışmaq fürsətimiz də olub. Onu yaxşı tanıyıram, elə bir məşqçidir ki, futbolçu tapşırıqları yerinə yetirirsə, intizamlı davranırsa və peşəkar yanaşmasını qoruyursa, həmişə onun arxasında dayanır. Bəzən elə oyunlar olur, futbolçu zəif oynayır, komanda uduzur. Buna baxmayaraq, futbolçunu heç kəsin ayağına vermir, məsuliyyəti öz üzərinə götürür. Qurbanovun komandasında oynamaq istəyən hər bir futbolçu üçün əsas şərtlərdən biri intizam və peşəkarlıqdır. Bu keyfiyyətləri qoruyan futbolçu daim şans qazanacaq”.
“Sabah” Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi “Orhus”a 0:1 məğlub olub. “Qarabağ” da Konfrans Liqasının III mərhələsinin səfər matçında eyni hesabla Ukrayna klubu “Dinamo”ya uduzub.
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır
-
Paranormal00:45Komadan ayılan qadın mələk gördü, ana dilini unutdu - ““Paralel dünya”ya düşmüşdüm”
-
İdman00:15Ronaldo komandasını sarsıdıcı məğlubiyyətdən xilas edə bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kiçik sevgi jestləri münasibətinizi şirinləşdirəcək
-
Sağlamlıq15 Sentyabr 22:48Şam yeməyi üçün ideal vaxt müəyyən edildi
-
İdman15 Sentyabr 22:36Aida Əliyeva yüksək vəzifəyə təyin edildi - RƏSMİ
-
ABŞ15 Sentyabr 22:24Trampın müşaviri Mertsə sərt cavab verdi














.png)

















.jpg)

