İdman
Dəbilqəsinə ilan girdi, xəbəri olmadan bir saat futbol oynadı
ABŞ-da məktəb liqasında çıxış edən amerikalı futbolçu dəbilqəsinin içində zəhərli ilan olduğunu bilmədən təxminən bir saat meydanda oynayıb.
Publika.az xəbər verir ki, hadisə Arkanzas ştatının Maumell şəhərində baş verib.
Maumell Heyvanların Mühafizəsi Xidmətinin direktoru Kris Devisin sözlərinə görə, xidmətə Maumell orta məktəbindən zəng daxil olub. Məlumatda futbolçunun dəbilqəsinin içində ilan aşkarlandığı bildirilib.
İlkin baxış zamanı dəbilqədəki ilanın misbaş ilanı olduğu güman edilib. Lakin heyvanların mühafizəsi xidməti əməkdaşlarının daha ətraflı müayinəsi nəticəsində məlum olub ki, oyunçunun idman ləvazimatının içərisinə ABŞ-ın cənubunda, həmçinin şimalda Missuri və Virciniyanın cənub hissələrinə qədər ərazilərdə yaşayan zəhərli su mokasini daxil olub.
Daha sonra hadisə yerinə məktəb direktorunun çağırışı ilə iki polis əməkdaşı gəlib. Onlar ilanın dəbilqənin içliyində ilişib qaldığını təsdiqləyiblər. Polis əməkdaşları dəbilqəni su ilə isladıb və bunun nəticəsində ilan gizləndiyi yerdən çıxıb. Daha sonra heyvanı mühafizə xidməti əməkdaşları götürüblər.
-
Qoroskop01:40Günün ulduz falı: Qarşınıza bəzi çətinliklər çıxacaq
-
Magazin100:27Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - Video
-
İdman30 Sentyabr 22:32Ronaldo millinin düşərgəsini tərk etdi, Madridə getdi - Onunla mübahisə edib?
-
Dünya30 Sentyabr 21:39Terror cəhdi: Pilot təyyarəni qəsdən qəzaya uğratmaq istəyib - Yeni detalllar
-
Sosial30 Sentyabr 19:00Limit 20 mindən 50 minə qaldırıldı: Gələn ildən... - Yeniləndi
-
Ekologiya30 Sentyabr 18:10Oktyabrın ilk günlərində leysan olacaq - Xəbərdarlıq
-
Nida Xəbər 30 Sentyabr 16:22Bu şəxslər dövlət qulluğunda vəzifə tuta bilməyəcək
-
Yaxın Şərq30 Sentyabr 13:20Qan içində olan sərnişin: “Qaçırılan” təyyarədən ilk FOTO yayıldı







.webp)
.webp)









.jpg)














