İdman
Məşhur futbolçu Braziliyadan qalmaqalla ayrıldı
Niderland millisinin hücumçusu Memfis Depay “Korintians”la müqaviləsini yeniləməyəcək.
Publika.az xəbər verir ki, bu barədə oyunçu özü “X” səhifəsində yazıb.
Depayın “Korintians”la müqaviləsi bu ilin iyul ayının sonuna qədər idi. Tərəflər yeni müqavilə üzrə danışıqlar aparırdılar, lakin niderlandlı klubu ilkin razılaşmaları pozmaqda günahlandırıb.
“Bu müqavilənin uzadılması prezident, eləcə də idman, hüquq və maliyyə departamentləri tərəfindən açıq şəkildə razılaşdırılıb. Lakin bəzi insanlar bu müqavilədən imtina etmək qərarına gəliblər.
Mən bu vəziyyəti istəmirdim və bütün proses boyunca kluba həmişə hörmət etmişəm, amma indi maraqlarımı qorumaq üçün qətiyyətli yanaşmağa məcburam. Yaxın günlərdə ictimaiyyət qarşısında çıxış edəcəyəm, amma əmin olun ki, bu qəbuledilməz davranışın cəzasız qalmasına imkan verməyəcəyəm”, – Depay yazıb.
“Korintians” rəhbərliyi Depayın müqaviləsini yeniləməməsinin səbəbini maliyyə çətinlikləri kimi göstərib. Aprelin sonlarında klubun Depayın müqaviləsini uzatmaq üçün əlavə sponsorlar axtardığı bildirilmişdi.
Hücumçu 2024-cü ilin sentyabr ayından bəri klubdadır. Bu müddət ərzində o, bütün yarışlarda 79 oyunda 20 qol vuraraq, “Korintians”a 2025-ci ildə Braziliya Kubokunu və 2026-cı ildə Braziliya Superkubokunu qazanmağa kömək edib.
-
Qoroskop01:40Günün ulduz falı: Qarşınıza bəzi çətinliklər çıxacaq
-
Magazin100:27Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - Video
-
İdman30 Sentyabr 22:32Ronaldo millinin düşərgəsini tərk etdi, Madridə getdi - Onunla mübahisə edib?
-
Dünya30 Sentyabr 21:39Terror cəhdi: Pilot təyyarəni qəsdən qəzaya uğratmaq istəyib - Yeni detalllar
-
Sosial30 Sentyabr 19:00Limit 20 mindən 50 minə qaldırıldı: Gələn ildən... - Yeniləndi
-
Ekologiya30 Sentyabr 18:10Oktyabrın ilk günlərində leysan olacaq - Xəbərdarlıq
-
Nida Xəbər 30 Sentyabr 16:22Bu şəxslər dövlət qulluğunda vəzifə tuta bilməyəcək
-
Yaxın Şərq30 Sentyabr 13:20Qan içində olan sərnişin: “Qaçırılan” təyyarədən ilk FOTO yayıldı







.webp)
.webp)









.jpg)














