İdman
“Qarabağ” 1,4 milyon manatlıq transfer edir?
“Qarabağ”ın Polşanın “Qurnik Zabje” klubunda çıxış edən nigeriyalı vinger Taofik İsmaili heyətinə qatmaq cəhdləri davam edir.
Publika.az Polşa mediasına istinadən xəbər verir ki, tərəflər arasında danışıqların artıq son mərhələyə yaxınlaşdığı bildirilir.
26 yaşlı futbolçu üçün Ağdam klubunun 700 min avro (təxminən 1,4 milyon manat) ödəməyə hazır olduğu qeyd olunur. İsmailin “Qurnik”dəki mövqeyinin zəifləməsi də transfer ehtimalını artıran amillərdən biridir. Polşa klubunun baş məşqçisinin futbolçuya əvvəlki kimi güvənmədiyi və onun UEFA Konfrans Liqasının “Monako” ilə pley-off matçları üçün heyətə daxil edilmədiyi bildirilir.
Nigeriyalı vinger ötən mövsümü icarə əsasında “Lex Poznan”da keçirib. O, daha əvvəl “Fredrikstad”, “Loryen”, “Valerenqa” və “Beveren” kimi klubların da formasını geyinib.
İsmailin “Qurnik Zabje” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Futbolçunun əsas mövqeyi cinah olsa da, hücumun müxtəlif bölgələrində də oynaya bilir.
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
-
Nida Xəbər 13:28Rəsmi Bakı 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Siyahı
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi







































