İdman
“Qarabağ” – “Tvente” oyunundan əvvəl fan-zona təşkil olunacaq
UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi Niderlandın “Tvente” klubu olacaq.
Publika.az xəbər verir ki, azarkeşlər üçün oyunöncəsi Tofiq Bəhramov adına Respublika stadionunun qarşısında “Azərsun Holdinq”in təşkilatçılığı ilə xüsusi fan-zona fəaliyyət göstərəcək. Avqustun 27-də saat 18:00-dan etibarən başlayacaq proqram çərçivəsində futbolsevərləri müxtəlif əyləncəli oyunlar, DJ çıxışı və maraqlı fəaliyyətlər gözləyir.
Fan-zonaya gələn qonaqlar “Azərsun Holdinq”in müxtəlif markalarının məhsullarından da dadmaq imkanı əldə edəcəklər. “Azərçay”, “Joyzz”, “Zeytun Bağları”, “Bizim Süfrə”, “Azərsüd”, “Shokki Mokki” və “Bizim Tarla” markaları azarkeşlərə öz məhsullarını təqdim edəcək.
Xatırladaq ki, “Qarabağ” futbol klubu 2001-ci ildən “Azərsun Holdinq”in dəstəyi ilə fəaliyyətini davam etdirir. Bu əməkdaşlıq illəri ərzində klub həm ölkə futbolunda, həm də beynəlxalq arenada mühüm nailiyyətlərə imza ataraq Azərbaycan idmanının tarixində xüsusi yer qazanıb.
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
-
Nida Xəbər 13:28Rəsmi Bakı 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Siyahı
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi







































