İdman
Çempion güləşçi ilə voleybolçu xanımının boy fərqi gündəm oldu - FOTO
İllinoys Universitetinin güləşçisi Lukas Byrd və universitetin keçmiş voleybolçusu Ellie Holzmanın münasibəti sosial mediada diqqət çəkib.
Publika.az xəbər verir ki, Lucas Byrd 2025-ci il NCAA çempionatında 133 funt (təxminən 60 kq) çəki dərəcəsində qalib gələrək karyerasında ilk NCAA milli çempionluğunu əldə edib. O, final qarşılaşmasında Drake Ayalanı 3:2 hesabı ilə məğlub edib.
Cütlüyün münasibətində ən çox diqqət çəkən məqamlardan biri isə onların boy fərqidir. Təxminən 1,68 metr boyunda olan Lukas Byrddən Ellie Holzman daha uzundur. Keçmiş voleybolçunun boyunun təxminən 1,88 metr olduğu bildirilir.
Lucas Byrd və Ellie Holzman 2020-ci ilin yanvarında tanış olublar. İlk vaxtlarda dostluq münasibətində olan cütlük pandemiya dövründə telefon danışıqları və videozənglər vasitəsilə daha da yaxınlaşıb. Təxminən iki il sonra isə münasibətə başlayıblar.
Onlar birlikdə çəkdikləri görüntüləri TikTok-da paylaşmağa başladıqdan sonra sosial şəbəkələrdə tanınıblar. Xüsusilə cütlüyün nəzərəçarpan boy fərqi istifadəçilərin marağına səbəb olub.
Lucas Byrd 2025 NCAA finalında qalib gəldikdən sonra sevincini ilk olaraq tribunada olan Ellie Holzmanla bölüşüb. Güləşçi qarşılaşmanın ardınca sevgilisinin yanına qaçaraq onu qucaqlayıb. Həmin anın görüntüləri qısa müddətdə viral olub.
Finalı şərh edən Mike Couzens isə həmin an "Love knows no boundaries" ("Sevginin sərhədləri yoxdur") ifadəsini işlədib.(Milli.Az)
-
Elm və təhsil15:12Bəzi məktəblərdə tədris onlayn olacaq
-
Qoroskop14:06Sentyabrda eşqini tapacaq 5 bürc - Yeni həyəcan başlayır
-
Sosial12:483 uşaqlı ailələrə MÜAVİNƏT VERİLƏCƏK: Valideynlərin pensiya yaşı AZALDILACAQ
-
Yaxın Şərq11:24İran ABŞ-ın toyda tökdüyü qanı yerdə qoymayacaq: Görün haraları vuracaq
-
Rəsmi xronika11:15İlham Əliyev San Marinonun Regent Kapitanlarını təbrik etdi
-
Region09:54Türkiyənin 150 iş adamı Ermənistandadır: İrəvanda nə baş verir?
-
İqtisadi gündəm09:48Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
-
Dünya08:12Səudiyyə Ərəbistanına nüvə icazəsi: Uran 20%-dək zənginləşdirilə bilər














.jpg)





.jpg)






.jpg)







.jpg)
.jpg)